DÜNYADA ELAN OLUNMAMIŞ ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ GEDİR...

ABŞ prezidenti Donald Tramp 16 iyun 2025-ci il tarixində "Truth Social" platformasında İran rəhbərliyini sərt şəkildə ittiham edərək Tehran sakinlərini şəhəri tərk etməyə çağırdı. Həmin gün Tramp Kanada səfərində – “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammitində iştirak etdikdən sonra gecə Vaşinqtona qayıtdı.
Onun bu çağırışı sadəcə fərdi mövqe deyil. Bu həm də geniş – Kollektiv Qərbin koordinasiyalı strateji planının xəbərçisidir.
Bu strateji planın əsas istiqamətləri aşağıdakılardır :
-- Müharibəni qızışdırmaqla Rusiya və Ukraynanı zəiflətmək və slavyan arealında geopolitik boşluq yaratmaq ;
-- Türk Dövlətlərinin və Türk dünyasının yüksəlişini önləmək ;
-- Afrikada və Orta Şərqdə qorxu psixologiyası ilə bu regionlarda mövcud olan dövlətlərin milli iradəsini sarsıtmaq ;
-- Yeni etnik və siyasi xəritələr yaratmaqla dünyanı “idarə olunan xaosa” sürükləmək.
Qarabağda Azərbaycanın əldə etdiyi qələbə və regional lider kimi güclənməsi ;
Türk Dövlətləri Təşkilatının siyasi-iqtisadi nüfuzunun artması ;
Türkiyənin Avrasiya coğrafiyasında hərbi və diplomatik rolunun böyüməsi Kollektiv Qərbi narahat edir.
Kollektuv Qərbin hazırladığı
bu strateji planın “Yol Xəritəsi” artıq praktik səviyyədə icra edilir :
1. İranın nüvə fəaliyyəti bəhanəsi ilə İsrail İrana hücum edir.
2. İranın zəiflədilməsi və parçalanması üçün daxili və xarici təxribatlar artırılır.
3. Suriya, İraq və Güney Azərbaycanın ərazilərində süni şəkildə "kürd dövləti" yaradılmasına cəhdlər edilir.
4. Türkiyənin ətrafında anti-türk bloku formalaşdırılmasına çalışılır.
5. Rusiya, Çin ilə yanaşı, Türk , Ərəb və Afrika dövlətlərinin iqtisadi, hərbi və informasiya asılılığına salınmasına cəhdlər edilir.
Hazırkı dövrdə “Üçüncü Dünya Müharibəsi” klassik anlamda elan olunmasa da, hibrid formada – informasiya, iqtisadi, etnik və hərbi cəbhələrdə davam edir. Münaqişənin tərəfləri artıq formalaşıb :
Birinci blok – ABŞ, İsrail, Böyük Britaniya, Fransa və onların təsiri altında olan bəzi Avropa dövlətləri ;
İkinci blok – Çin, Pakistan, Türkiyə bir sıra Asiya və Afrika ölkələri.
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan bu mürəkkəb və gərgin geosiyasi vəziyyətdə müdrik, neytral və sülhsevər mövqe nümayiş etdirir.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan sabitliyin, qarşılıqlı hörmətin , əməkdaşlığın və ədalətli dünya düzəninin tərəfdarıdır.
Bu, mövqe Azərbaycanın beynəlxalq arenada məsuliyyətli tərəf olduğunu göstərir, həm də rəsmi Bakının Cənubi Qafqazda yeni münaqişələrin qarşısının alınmasında mühüm rol oynadığını sübut edir.
Bütün bunlar onu göstərir ki, dünya artıq yeni bir mərhələyə – çoxqütblü, lakin xaotik və qarşıdurmalarla dolu bir dövrə qədəm qoyub. Belə bir şəraitdə ədalətin, beynəlxalq hüququn və xalqların öz müqəddəratını təyin etmə hüququnun qorunması üçün Azərbaycan kimi ölkələrin qətiyyətli, barışdırıcı siyasəti xüsusi əhəmiyyət kəsb edir.
Dünya ictimaiyyəti artıq anlamalıdır ki : ədalətsiz sülh – gecikmiş müharibənin başlanğıcıdır.

Qəvami Sadıqbəyli

Xudaferin.eu

23:26