Dünya universitetlərin reytinqi - İlk yüzlük, minlik o yana, ilk üçminlikdə də deyilik

Ötən ayın son günü Webometrics.info süni intelekt proqramı 2022-ci ilin nəticələrinə görə, dünyanın 30 mindən çox universitetlərinin reytinq  cədvəlini öz saytında dərc edib. Bu reytinq qurumu insan subyektivizmindən çox uzaq olan, süni intelekt əsasında çalışan ən obyektiv reytinq (universitetlər üzrə) qurumudur. https://www.webometrics.info/en/world

Materialların təhlili bir neçə nəticə əldə etməyə imkan verir:

  1. Həmişə olduğu kimi, bu ildə də  top yüzlüyə bir dənə də olsun müsəlman ölkələrində fəaliyyət göstərən universtieti düsə bilməyib, top yuzlukdə daha çox ingilis universitetləri düşüb. İlk 20-likdə 17 ABŞ, 3 Britaniya və bir Kanada uneivrsiteti yer almışdır. Bu ölkələrin hamısı ingilislərə məxsusdur. Eyni durum digər 100 univresitetin təhlili zamanı görünür. Top yüzlukldə olan universitetlərin hamısı inkişaf etmiş ölkələrə aiddir. Buradan cıxan əsas qanunauyğunluq: Universitetlərni səviyyəsi ilə ölkələrin inkişaf səviyyəsi düz mütənasibdir. Bir ölkənin inkişaf səviyyəsini xarakterizə etmək üçün geniş analizə ehtiyac qalmır, yalnız həmin ölkənin universitetlərinin reytinqinə baxmaq kifayət edir.

Cədvəl 1. Dünya universitetlərinin reytinqi

ranking

University

Det.

Country

Impact Rank*

Openness Rank*

Excellence Rank*

 

ranking

University

Det.

Country

Impact Rank*

Openness Rank*

Excellence Rank*

1

Harvard University

   

1

1

1

2

Stanford University

   

3

2

4

3

Massachusetts Institute of Technology

   

1

3

15

4

University of California Berkeley

   

4

4

27

5

University of Oxford

   

15

5

5

6

University of Michigan

   

8

10

8

7

University of Washington

   

6

80

10

7

Cornell University

   

5

15

23

9

Columbia University New York

   

9

7

18

10

Johns Hopkins University

   

16

35

7

11

University of Pennsylvania

   

14

12

19

12

University of Cambridge

   

20

6

14

13

University of California Los Angeles UCLA

   

21

8

20

14

Yale University

   

11

13

29

15

UCL University College London

   

44

11

6

16

University of Toronto

   

35

24

13

17

University of California San Diego

   

27

9

24

18

Pennsylvania State University

   

10

31

57

19

University of Wisconsin Madison

   

13

22

53

20

Duke University

   

30

14

33

 

  1. Müsəlman ölkələri üzrə universitetlərin vəziyyəti daha acınacaqlıdır. Dünya reytinqində müsəlman universitetlərinin ilk tutduğu  yer 289-cu yerdir. Bu yerə Malaziyanın Malaya universiteti iddia edir. İkinci yerı İranın Tehran universiteti (293-cü yer) tutur. Müsəlman universitetləri içərisində 3-cü yeri Səüdiyyə Ərəbistanının Kral universiteti tutur. Təəssüflə qeyd etmək lazımdır ki, həmişə müsəlman universitetləri içərisində birinci yeri tutan Türkiyə universitetləri hazırda çox geriləyiblər. Türkiyədən dünya reytinqinə düşən ilk universiteti Ortadoğu Texnik Universiteti yalnız 525-ci yerdə qərarlaşıb. Bu müsəlman ölkələri üzrə yalnız 4-cü yerdir. (Cədvəl 2)

Cədvəl 2. Azərbaycana qonşu ölkələrin (ölkə daxilində) universitetlərinin reytinqi

Ölkə reytinqi

Dünya üzrə r.

Universitet adı

Ölkə adı

Impact Rank*

Openness Rank*

Excellence Rank*

1

202

Lomonosov ad. MDU

Rusiya F.

0

0

0

1

289

Malaya Universiteti

Malaziya

440

373

241

1

293

Tehran Universiteti

İran-fars

547

398

203

1

320

Səudyyə Kral Universiteti

Saud.Ərəbistanı

1019

380

122

           1

525

Orta Doğu Teknik Üniversitesi

Türkiyə

566

522

696

1

827

Komsat İnf. Texn. institutu

Pakistan

4809

1064

253

1

848

Təbriz Tibb University

Cənubi Azərbaycan

3190

595

540

1

906

Nazarbayev Universiteti

Qazağıstan R

1261

892

1123

1

1450

Tbilisi Dövlət Universiteti

Gürcüstan

3889

1745

1202

1

2997

Yerevan Dövlət Universiteti

Ermənistan R

4664

2458

3679

1

3429

Bakı Dövlət Universiteti

Azərbaycan R

8567

3117

3151

2

3628

ADİU-UNEC

Azərbaycan R

6200

3225

4088

1

29231

Dövlət Enerji Universiteti

Türkmənistan

29197

6547

7206

 

  1. Cədvəl 2-nin məlumatlarından göründüyü kim,i digər Türk ölkələrinin universitetlərinin vəziyyəti daha bərbaddır. Türk dövlətlərinin heç bir universiteti ilk 500-yə düşməyibr. Minliyə düşən isə cəmi iki universitet var: Cənubi Azərbaycanın Təbriz Tibb Elmləri Universiteti dünya universitetləri içərisində 848-ci yerə (İran universitetləri içərisində - 6-cı), Qazağıstanın Nazarbayev Universiteti isə 906-cı yerə çıxıb (Türkiyənin Orta Doğu Texniki Universitetindən sonra -525-ci yer). Özbəkistan universitetlərinin ilk yeri 3608, Qırğısıtanın – 4301-ci yer olmuşdur, Türkmənistan isə bütün geridə qalmış ölkələrin rekordlarını yeniləyib (ilk universiteti 30 minliyin tərkibindədir-29231-ci yer). Keçən ilə nisbətən bütün Türk ölkələrində vəziyyət pisləşməyə doğru meyllənib. Müsbət dinamika  müşahidə olunmayan hər hansı  bir layihənin uğurla yerinə yetirilməsi şübhə doğurmaya bilməz.
  2. Azərbaycan universitetləri də son illərdə bütövlükdə geriləyənlər sırasınibır. Dünya universietləri sıralamasında ilk yeri tutan BDU 2020-ci ildə 3050-ci yerdə idisə, 2022-ci ildə 3318-ə, bu ilə isə 3429-cü yerə düşüb. Həm də bu göstəriciyə görə bütün qonşu ölkələrdən geri qalıb. Məsələn, Azərbaycan üçün ciddi rəqib ölkələr olan Rusiya və İranın ilk universiteti uyğun olaraq 202 və 293-cü yerdədirsə, Azərbaycan universitetlərinin ilk yeri yalnız ilk gördüncü minliyə düşə bilib. İlk 4 minlikdə yer alan iki universitet var: BDU və UNEC. Ölkə və dünya üzrə ən geridə qalmış təhsil müəsisəsi olan Naxçıvan Dövlət Universiteti isə respublika üzrə sonuncu 48-ci yeri və dünya üzrə 30250-ci yeri tutub. Ümumiyyətlə, Azərbaycan üzrə sonuncu 10-luğa düşən universitetlərin necə attestasiyadan keçməsi haqqında Elm və Təhsil Nazirliyinin düşünməsi lazımdır (Cədvəl 3,4,5)

 

Cədvəl 3,4,5. Azərbaycan universitetlərinin reytinq cədvəli

WhatsApp Image 2023-02-02 at 11.39.26.jpeg (143 KB)

WhatsApp Image 2023-02-02 at 11.39.43.jpeg (60 KB)

  1. Belə davam edərsə, ölkələrin inkişaf səviyyəsində də eyni uçurum əmələ gəlməsi qaçılmaz olacaq. Vaxtilə eyni müstəmləkəçilik şərtlərilə yaşayan İsrail, Cənubi Koreya, Sinqapur və s. kimi ölkələr indi həmin müstəmləkəçilərə təhsil və elmin hesabına meydan oxuyur. Cənubi Koreya hazırda bütün SSRi ölkələrindən, İsrail bütün ərəb ölkələrindən və Sinqapur Malaziyadan daha böyük iqtisadi və hərbi gücə malikdir. Eyni yolu Azərbaycan təkrarlamasa, geriya dönüş təhlükəsi yarana bilər. Hər bir Azərbaycanlı bu kerçəkliyi dərk etməli və UNİVERSİTET islahatlarına (yalnız təhsil deyil) başlamalıdır.

Bununla bərabər, qeyd etməliyəm ki, yeni üslubla və elmi-pedoqoji təcrübə ilə işləyən universitetlər də var və bunlar, sürətlə irəliləyirlər. UNEC qısa zamanda bir neçə min universiteti arxada buraxaraq  birinci yerdə duran BDU ilə birinci yer uğurunda mübarizədə fərqi 199 universitetə endirib. Həm də bu universitet bütün mənfi çalarlarla ən geridə qalan təhsil ocağı imicini aşaraq ən nümunəvi səviyyəyə qalxmağı bacarmışdı. Demək, ölkədə müsbət təcrübə müəyyən olunub ki, bu təcrübənin köməyi ilə başqa universitetlər də irəli gedə bilər.

Ümumiyyətlə, bütün sahələrdən daha vacib olan təhsil və elm sahəsində  ciddi islahatlara başlamaq zərurəti var və nə qədər mümkündürsə tez aparılmalıdır. Ölkənin bütün gələcəyi, inkişafı, bütövlüyü, suverenliyi, müdafiə sisteminin, ordusunun qurulması ilk növbədə təhsil və elm sahələrinin islahatlarından və inkişafından asılıdır. İslahatlar necə və nə formada aparıla bilər. Mənim fikirimcə:

  1. İlk növbədə dünya səviyyəli bir və ya bir neçə universitetin yaradılması zərurəti var (World class university). Nümunə kimi ortaya bir və ya bir neçə universitet qoyularsa, digərləri üçün bir nümunə kimi sitifadə oluna bilər. Bir neçə il əvvəl Dünya bankı belə bir layihə üzərində işləmiş və bir neçə ölkədə tətbiq olunmuşdur. Dünya bankının hesablamalarına görə yeni bir universitetin qurulması üçün bir milyard dollar, fəaliyyətdə olan universitetin dünya səviyyəli universitetə çatdırmaq üçün isə 500 milyon dollar tələb olunur. Belə bir müsbət dinamikaya sahib universitet kimi UNEC bu layihəyə ən yaxşı namizəddir.
  2. Universitet yalnız dövlətin və ya kollektivin məsuliyyətində olmamalıdır, bu problem bütün dünyada olduğu kimi bütün ictimaiyyətin ən vacib problemi səviyyəsinə qaldırılmalıdır. Dünyada, xüsusilə də universitet məskəninə çevrilmiş ABŞ-da universitetlərin formalaşmasında bütün qüvvələr iştirak edir və bu hal ümummilli xarakter almışdır. Eyni sistemin Azərbaycanda tətbiq olunması məqsədəuyğundur. Əgər müsbət və özünü doğruldan yaxşı bir təcrübə varsa, nə üçün tətbiq olunmasın. ABŞ və əksəriyyət inkişaf etmiş ölkələrdə universitetlərin maliyyələşdirilməsi əsasən ENDOWMENT (ianələr) fondu vasitəsilə həyata keçirilir. Cədvəldən göründüyü kimi Universitetlərin bu fondlarının həcmi çox böyükdür. Ümumilikdə isə ABŞ universitetlərinin ümumi ENDOWMENT fondlarının həcmi 800 milyard dolları keçir, bu da Rusiya kimi dövlətin büdcəsindən bir neçə dəfə çoxdur. Bu universitetlərin idarəçilik təcrübəsini də bizim universitetlərə tətbiq etmək olar. Bu bütün sahələri, seçki, tədris, müstəqil qərar vermək muxtariyyəti, elmi dərəcə və elmi rütbələrin təqdimatı, elm xərclərinin ayrılması və istifadəsi qaydaları və s. istiqamətləri əhatə edə bilər.

Cədvəl 6. ABŞ universitetlərində top 10 universitetin ən böyük ENDOWMENT fondu

Universitetlər

 

2021 maliyə ilinin sonuna ENDOWMENT fondu, milyard dollar

 

       

1.Harvard Universiteti (MA )

 

$53.2

 

2.Yale Universiteti (CT )

 

$42.3

 

3.Stanford Universiteti (CA )

 

$37.8

 

4.Princeton Universiteti (NJ)

 

$37.0

 

5.Massaçusets Texnologiya İnstitutu y

 

$27.4

 

6.Pensilvani Universiteti a

 

$20.5

 

7.Notre Dame Universiteti (IN )

 

$18.4

 

8.Texas A&M Universiteti y

 

$16.9

 

9.Miçiqan Universiteti - Ann Arbo r

 

$16.8

 

10.Sent-Luisdəki Vaşinqton Universiteti (MO )

 

$13.7

 

 

  1. Rəqəmsallaşma şəraitində universitetlər əsas lokomotiv olmalıdır. Azərbaycanda isə əksinə, universitetlər təcrübənin arxasınca qaçır. Rəqəmsallaşma şəraitində bütün proseslər elmi idarəetmə sisteminə keçmişdir, hər bir virtual əməliyyat elmi sayılır. Bu zaman ilk növbədə kadrlar hazırlanmalı, bütün proseslərin elmi əsası işlənməlidir. Rəqəmsallaşmanı təmin edən və Qərb universitetlərində bir neçə onilliklər müddətində mütəxəssislər hazırlanan çoxsaylı elmlərin heç biri hələ Azərbaycan universitetlərinə çatmayıb. Hələ də universitetlərdə virtualın qapısını, kompüterin açıb-bağlanmasını bilməyən müəllimlər var. Bir neçə gün ərzində sadə kompüteri öyrənə bilməyən professor tələbəyə mürəkkəb proqramlar, data sayəns, neyron şəbəkələrindən nə öyrədə bilər? Pandemiyadan sonra dərslərin yenidən köhnə auditoriyalara qaytarılması iki addım geriyə dönüş etmək oldu. Bütün proses və əməliyyatların virtualda həyata keçirilməsi şəraitində tələbəni real təcrübədən, kompüterdən ayırıb Nikolay dövründən qalma yazı taxtalarına qaytarmaq nə dərəcədə məntiqə uyğundur?

Ölkədə rəqəmsallaşmanın 3-cü onilliyi gedən vaxtda bir dənə də olsa smart dərslik yoxdur, halbu ki, qərb universitetlərində demək olar ki, bütün sahələr üzrə smart dərsliklər geniş yayılmışdır, heç klassik dərsliklər də ya buraxılmır, ya da universitetlər tərəfindən alınmır. Universitetlərin ümumi maliyyələşdirilməsi çox aşağı səviyyədədir, həm də inflyasiyaya uyğun indeksasiya olunmur. Cəmiyyət təhsilə hər cür yatırım etməli olduğu halda təhsilə ayrılan cüzi maliyyəni inflyasiya vasitəsilə çeynəyir. Elm, xüsusilə, universitet elmi sıfırlanmış vəziyyətdədir. Elm və təhsil sahəsində 20-ci əsrin 50-60-cı illərinin səviyyəsinə enmişik. Problemlər olduqca çoxdur, geniş islahatlar proqramının həyata keçirilməsi vaxtıdır.

Saleh Məmmədov, İqtisad elmləri doktoru, professor 

Xudaferin.eu

16:29