Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) “Dəmir yumruq və onun qəhrəmanları” adlı layihəsinin icrası Ağdam məktəbində davam edir.
Bildiyimiz kimi, 05.10.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) “Dəmir yumruq və onun qəhrəmanları” adlı layihəsinin icrasına başlanılmışdır.
Layihənin keçirildiyi növbəti mökan Bakı şəhərində yerləşən Ağdam rayon 39 nömrəli tam orta məktəbi olmuşdur. Qeyd etdiyimiz kimi, DAVİB-in icra etdiyi layihə uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə müxtəlif təhsil ocaqlarında keçirməyi planlaşdırır. Agentliyin maliyyə dəstəyilə həyata keçirilən layihə iki ay müddətində Bakı şəhərində müxtəlif təhsil ocaqlarında icra olunmaqda davam edir.
Bu barədə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin (DAVİB) Qadınlar Şurasının sədr müavini Nailə Həsənova DAVİB Mətbuat Xidmətinə məlumat verərək bildirmişdir ki, 13 oktyabrda Ağdam rayon 39 nömrəli tam orta məktəbdə keçirilən layihəmizdə digər keçirilən layihələrimiz kimi olduqca maraqlı və məzmunlu keçdi.
Ağdam rayon 39 nömrəli tam orta məktəbində keçirilən tədbirdə iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra, Şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan DAVİB-Qadınlar Şurasının sədr müavini N.Həsənova ilk öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklədiyinə görə təşəkkür edərək, Təhsil nazirliyinə, nazirliyin əməkdaşı Kamran Zeynalova, Qarabağ regional və Şərqi Zəngəzur regional təhsil idarələrinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlığını bildirdi.
"Dəmir yumruq əməliyyatı" nın mahiyyəti və onun uğulu nəticələnməsi, layihənin məğzi və məqsəsi haqda N. Həsənova layihə iştirakçılarına dolğun bilgilər verdi.
Layihənin təlimçisisi Arzu Əliyeva daha sonra iştirakçılara 44 günlük müharibənin Qəhrəmanları və 'Dəmir Yumruq Əməliyyatı " haqda məlumatlar verdi.
Məktəbin direktoru Kənan Məmmədov çıxış edərək belə bir layihənin tam orta məktəblərində keçirilməsinin müsbət qarşılandığını və buna görədə DAVİB-rəhbərliyinə minnətdarlıq bildirdi.*
Layihədə qonaq qismində iştirak edən qazi Nəsibli Ömər çıxış edərək Dəmir yumruq əməliyyatı haqda, müharibə zamanı baş verən real döyüş epizodlarından danışaraq layihə iştirakçılarını bilgiləndirmişdir.
Daha sonra layihədə iştirak edən məktəbin tərbiyyə işləri üzrə direktor müavini Tofiqə Quliyeva, dərs hissə müdiru Yeganə Allahverdiyeva, uşaq birliyinin rəhbəri Lalə Əsgərova, psixoloq Sevinc Məmmıdova və məktəbin riyaziyyat müəlliməsi Sevda Bayramovada öz növbələrində layihənin təçkilatçılarına, DAVİB-ə, QHT DDAgentliyinə minnətdarlıq bildirərək, layihənin maraqlı olduğunu, günü-gündən güclənən ordumuzun uğurlarından danışaraq, bu tipli layihələrin tez-tez keçirilməsinin tərəfdar olduqlarını bildirdilər.
Layihə çərçivəsində şagirdlərin VƏTƏNPƏRVƏR ruhda hazırladıqları şer və səhnəciklər iştirakçılar tərəfindən böyük maraqla izlənildi.
Tədbir iştirakçıları onlara paylanılmış bukletlər vasitəsilə layihənin məqsədi və təşkilat haqda bilgilərdə əldə etdilər.
Layihədə fəal iştirak etdiklərinə görə iştirakçılara SERTİFİKATlar təqdim edildi. Layihənin sonunda layihədə iştirak edən 30 nəfərdən çox iştirakçıları üçün çay süfrəsi açıldı.
Layihə davam edir.

DAVİB Mətbuat Xidməti.
Xudaferin.eu
15:17
Digər xəbərlər