DÜNYA AZƏRBAYCANLILARI BAYRAĞINI AL, GƏL!!! ELİMİZ OBAMIZ QAN AĞLAYIR...

12 may 2018-ci il tarixdə Bakı şəhərində Qarabağ Azadlıq Təşkilatı, bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri, bütün Qarabağsevərlər Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi tələbi ilə mitinq təyin edib. Mitinqdə “Qarabağa azadlıq!” və bu ətrafda şüarların səsləndiriləcəyi bildirilir.

Bununla bağlı, Almaniya Federativ Respublikasında yaradılıb qeydiyyatdan keçmiş, bütün dünya azərbaycanlılarının birlik və həmrəyliyinə xidmət edən Dünya Azərbaycanlıları Məclisi (DAM) ümummilli Qarabağ problemimiz ilə bağlı:

1. Qarabağın azadlığı istiqamətində atılan bütün xalq, ictimai birlik, siyasi təşkilatların təşəbbüs və addımlarını dəstəkləyir.

 2. Qarabağ Azadlıq Təşkilatı və digər Qarabağ sevər təşkilat və fərdlərin 12 may mitinq-kütləvi tədbiri addımını alqışlayır. 

3. Bununla əlaqədar bütün dünya azərbaycanlılarına müraciət edərək hər kəsi, birlik və təşkilatları harada olmasından asılı olmayaraq, istənilən sivil və qanuni formada 12 may mitinqinə dəstək verməyə çağırır.

4. DAM təşkilatı olaraq 12 may 2018-ci il tarixdə saat 15-17 arası Almaniyanın Bonn şəhərində BMT nümayəndəliyi binası qarşısında Bakı mitinqinə dəstək aksiyası keçirəcəyini bildirir və Avropadakı soydaşlarımızı tədbirdə iştitaka çağırır.

5. Azərbaycan hakimiyyətini Bakıda keçiriləcək mitinqə icazə verilməsi ilə bağlı təşkilatçıların müraciətinə tezliklə baxılıb bu tədbirin razılaşdırılıma qərarının vaxtında verilməsi və bu haqlı  ümummilli məqsəd, məramlı tədbirə dəstək verməsinə çağırır.

Xudafərin.eu

17:16