DTX rəisi qara bazarda həbslərin davamını anons etdi
DTX rəisi qara bazarda həbslərin davamını anons etdi"Azərbaycanda dolların "qara bazarı" var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
"Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə iş davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq", - M.Quliyev əlavə edib.
Qeyd edək ki, DTX rəisinin açıqlaması Politika.Az-ın bir neçə gün qabaq verdiyi xəbərin təsdiqlənməsidir. Xəbər vermişdik ki, ölkədə səs-küylü həbslər və əməliyyatlar gözlənilir. Sonra Beynəlxalq Bankın sədrinin saxlanması xəbəri yayıldı. Qara bazara dollar satışında məqsədli şəkildə şərait yaradanların cəzalandırılacağı xəbər verilirdi. Belə ki, həbslərin olacağını deputat da təsdiqləmişdi.
Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib. Bu barədə millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib. V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən “qara bazar”lara qarşı tədbirlər görülür.
M.Quliyevin açıqlaması da onu göstərir ki, qara bazarı körükləyənlərin cəzalandırılması prosesi gedir. Təbii ki, qara bazara şərait yaradanlar adı alverçilər və ya sıravi bank əməkdaşları deyil. Bu iqtisadi sabotajın arxasında bank sədrləri, Mərkəz Bank rəhbərliyindəki şəxslər və Maliyyə Nazirliyindəki məmurların olduğu istisna edilmir. Çünki DTX rəisi qeyd edir ki, müəyyən adamların adları keçir. Həmin adlar isə ictimaiyyətdə tanınmış şəxslərdir.
Elman Rüstəmov isə deyib ki, "qara bazar"dakı məzənnə ilə rəsmi məzənnə arasında cüzi fərq var". Yəni, narahat olmayın qara bazarı da özüm idarə edirəm. DTX rəisinin açıqlaması həbslərin davamının olacağının anonsudur. Qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir. Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır. Beləcə ölkədə dollar “cinayət”i tüğyan etməkdə davam edir. Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir. Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir. Bu baxımdan dollar ajiotajı yaşanır. Banklar isə izahat verə bilmir.

Politika.az
00:51
Digər xəbərlər