DTİHB müşahidə missiyasının rəhbəri: Azərbaycanda 12 seçkidə müşahidə missiyası həyata keçirmişik
ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosunun müşahidəçiləri (DTİHB) Azərbaycanın dəvəti ilə işə başlayır. Ölkədəki prezident seçkilərini müşahidə edəcəyik. İndiyədək DTİHB Azərbaycanda 12 seçki zamanı müşahidə missiyası həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bunu ATƏT-in DTİHB müşahidə missiyasının rəhbəri İoğan Mörfi dekabrın 29-da keçirilən mətbuat konfransında deyib
“Missiyamız 11 beynəlxalq ekspertdən ibarətdir. Onlar ATƏT-in 9 dövlətini təmsil edirlər. Əsas komanda Bakıda yerləşir. Biz burada növbəti 8 həftə üçün müvəqqəti ofisimizi qurmuşuq. Müşahidəçilər Azərbaycanın müxtəlif regionlarına səfər edəcəklər”, - deyə İoğan Mörfi bildirib.
Yanvarın 3-də 26 uzunmüddətli müşahidəçinin Azərbaycana gələcəyini diqqətə çatdıran missiyanın rəhbərinin sözlərinə görə, 280 qısa müddətli müşahidəçinin iştirakı üçün isə sorğu göndərilib.
İoğan Mörfi yaxşı qarşılandıqlarına, missiyanın işi üçün yaradılan şəraitə görə Azərbaycanın hökumət nümayəndələrinə də təşəkkür edib.

Xudaferin.eu
15:47
Digər xəbərlər