Tarix boyu dünyanın mistik, dini və ideoloji təlim mərkəzlərinin demək olar ki, hamısı bəşəriyyətə hakim olmaq iddiasını sərgiləyiblər. Belə bir anlamda yer alan əski Misir fironları özəlliklə öndə gediblər. Fironların kahinlərinin hazırladıqları bu magik-mistik düzənin amacı sami-arami psixologiyasına pərçimlənmiş dünya ağalığının yaradılması olub. Çünki, hər bir ideoloji təlimin köklərində yer alan “əbədilik” ideyası onun uca zirvəsi sayılıb. Özəlliklə sami-arami kültürünün üstün bir biçimdə yer aldığı yəhudilik, xristianlıq və islam din pərdəsi altında üç min ildir “alma ağacından armud tələb etmək” konsepti ilə hərəkət edib. Sami-arami kültürünün təməl görüşündəki olan bu üç dini baxış heç bir zaman millət olmanı qəbul etməyib. Özəlliklə islamiyyət adlı görüş millət deyil, “xilafət” və “ümmət” doktrinasının yanında yer alıb. Vətən adlı anlamı heç zaman qəbul etməyib. Bu iki çevrənin tək bir hədəfi var: “CİHAD”. Kimə qarşı?
Bu günün islamı
Din pərdəsi altında tarix boyu yaradılan təriqətlər, məzhəblər, digər çoxlu cərəyanlar daim Türkü vətən anlayışından qopararaq, onun gücü ilə ilə “xilafət” düsturu adı altında hərəkət ediblər. Türkün genetik, kulturoloji, ulusal enerjisindən yararlanaraq, layiqlik düzəninə qarşı çıxış etməklə, onu sonucda “panərəbizim”, “paniranizm” və “panurduluq” ideoloji konseptinə yənəltməyə çalışılıb. Elə buna görə Türkiyədə böyük öndər Mustafa Kamal Atatürkün demokratik dövlət modelinə qarşı çıxılır. Azərbaycanda cümhuriyyət ideologiyasına qarşı “panfarsizm” təməl prinsipləri irəli sürülür. Çünki, islamçı görüşlər demokratiyanı qəbul etmirlər. Din pərdəsi altında “panərəbizm” və “panfarsizm” təlimləri daim cəmiyyəti keçmiş əyyamların “əxlaq dərsləri”nə yuvarlatmağı sevər. Bu iki düzən Türkün dövlət olma enerjisinə qarşı çıxmağı hədəf seçib. Bu yöndə Batının suçu daha çoxdur. ABŞ-ın dövlət başçısı Riçard Nikson həmin fikri belə açıqlamışdır: “Müsəlman ölkələrində demokratiyanın inkişafına imkan verməməliyik. Təhsil və dövlət idarəçiliyin din və təriqətçi təməllərin üzərində qurulmasına yardımçı olmalıyıq. Həmin dövlətlərin başındakı çobanı öz tərəfimizə çəkməklə onları bizlər idarə edəcəyik”. Bununla yanaşı, sünnü məzhəbində olanlar “Xilafət”, cəfərliyi müdafiə edənlər “İmamət” adı ilə “Böyük İslam İmperiyası” ideyaları əsasında hərəkət edirlər. Ərəb ölkələri din və şəriət hökmləri pərdəsi altında “əməvilik”, ilkin ərəb dəyərlərinə söykəmli “panərəbizm” və “əşirətçilik” konspeti ilə idarə olunurlar. Bundan daha çox dəhşət saçan Tehran üzərindən “parn-urdu” ideologiyasının düzənində “paniranizm” və “panfarsizm” antitürk mahiyyəti ilə atom bombasından dorxulu və dəhşət saçan silah kimi türk olmanın dəyərlərini inkar üzərində köklənməsidir. Buna “ayətullah” oliqarxiyasına çevrilmiş ideoloji konsept deyilir.
Təriqət və məzhəblər
Bu düzən indiki halda daha çox vəqflər (fond) adı ilə cəmiyyətdə sosiallaşmanın ideoloji konseptinə bağlıdır. Sünnülük və cəfərilik (şiə) adı altında panrəbizm və panfarisizm adı ilə həyata keçirilməsi göz önündədir. Adı çəkilən bu konseptlər yüz ildən çoxdur Batının siyasi mətbəxlərində hazırlanıb. İslam pərdəsi ilə beyinyuma təriqət və məzhəblər ayrı-ayrılıqda formalaşdırılır, daha sonra kimsəyə bəlli olmayan maliyyə qaynaqları ilə geniş çapda dəstək verilir. Sonucda “təkkə”, “imam xətib”, “əhli beyit” və digər konseptlərlə sosiallaşma düzəni insanların həyat normasına çevrilir. Kim bu təriqət və məzhəblərə üz tutursa, onlar üçün öncədən düzənlənmiş cizgilərin içində yaşam tərzinə yuvarlanır. “Qadiri”, “xəlvəti”, “şabaniyə”, “hizbu təhrir”, “qalibilər”, “nurçuluq”, “ismaili”, “cərrahi”, “üşşaqi”, “mənzilçilər”, “nəqşibəndi”, “tilo”, “haznəvi”, “məlami”, “işıqçı”, “həqiqətçi”, “süleymançı”, “kəlami dərgah”, “imami”, “islamiyə”, “əl xuti”, “hezbollah”, “hezbe vəhdət”, “bakiri”, “nəvusit”, “əftaxti”, “karmat”, “şumayrit”, “naubəxti”, “müsavit”, “isnaəşirət”, “katit”, “şukkarit”, “zeydi”, “on ikincilər”, “ələvi”, “amal”, “bakiri”, “druz”, “şeyxi”, “əhli həqq”, “qurabi”, “ibadiyyə”, “əkbəri”, “üsuli, “rafidizm” və başqa cərəyanların uzun illərdir apardıqları bir siyasət var: “TÜRKÜ İNKAR ETMƏK” və “YOLA DAVAM”. Guya din pərdəsi altında cəmiyyətə ƏXLAQ dərsi verirlər. Əslində bütün bunlar Türk olmanı inkar doktrinasının labirintləridir. Bizim fikrimizcə hansı din, təriqət, məzhəb, başqa ideoloji düzənlər Türk olmanı inkar edirsə, bütün bunlara qarşı birgə mücadilə aparılmalıdır.
Azərbaycan Türkünü inkar
Bu gün istər Güney Azərbaycanda, istərsə də Quzey Azərbaycanda bütün islamçı dini cərəyanlar Türkü inkar siyasətini aparırlar. Elə ermənilərin və digər Türk düşmənlərinin istədiyi budur. Hər iki Azərbaycanda “əhli beyt” ideyasına söykəmli iki yüz ildir İngiltərə tərəfindən hazırlanmış “siyasi şiəlik” doktrinası hökm sürməkdədir. Bu faktı təsdiq etmək üçün “şiəlik” konseptinə bağlı kitablara azacıq nəzərə yetirmək kifayətdir. Uzaq keçmişin ərəblərə və farslara məxsus klerikal ailə düzəninə bağlı hekayələr, rəvayətlər insanlığı daim elə onun öz içində əritmək siyasəti aşılanır. Çünki, qafalara millət deyil, “ümmət”çi bir düzənlə kimliyimizi inkar siyasəti farslaşdırmanı “şiəlik” düzəni təbliğ edirlir. Ayətulla Tehrani: “Türk dili cəhənnəm dilidir”, Mənsur Həqiqətpur: “Bizim ana dilimiz azəri ləhcəsi ilə fars dilidir” və din pərdəsi altında manqurt siyasətini aparan bütün dini liderlər buna görə Türk kimliyinə qarşı çıxırlar. Minlərlə çeşiddə faktlar sadalamaq olar. Azərbaycan Respublikasında dini təhsilin səviyyəsi və bu yöndə çap edilən kitabların hamısı Türk kimliyinə qarşı “antitürk” virusunu yaymaqla məşğuldurlar. İslam adı ilə ərəblərin Türkü inkar edən “yəcuc-məcuc” doktrinasının sirrini açmaqdan belə qorxurlar. Ərəb və fars təfsirçiləri tarix boyu “yəcuc-məcuc” adı altında Türkləri çapqınçı, oğru, quldur, kökü-nəsəbi olmayan, uzunqulaq, günahkar, fəsad törədən və başqa aşağılayıcı təfsirlər adı ilə həqarətləri yağmur kimi yağdırırlar. Bizim savadsız dindarlar və din xadimləri cildinə girmiş manqurt qafalılar da həmin “təfsirləri” (ərəb-fars düşmənçiliyi) cəmiyyətdə geniş miqyasda təbliğ edirlər. Güney Azərbaycanda Tehran rejimi Türk dilində təhsil almağı yasaq etməklə bu hədəfləri həyata keçirir.
Türkiyənin bəlasına çevrilmiş “cübbə” siyasəti
2002-ci ildən qardaş ölkədə hakimiyyətə gəlmiş AKP iqtidarı əşirətçi qafalı bir düzənlə “türban” siyasətini gündəmə gətirdi. Hətta AKP və MHP bu yöndə Cümhuriyyətin təməl siyasi kursunu müəyyən etmiş böyük öndər Mustafa Kamal Atatürkün konsepsiyasını darmadağın etməyə girişdilər. 1960-cı illərdə intişar tapmış “imam xətib məktəbləri”nin yetirmələri olan və AKP adı ilə iqtidara gəlmiş zümrə Türkiyəni ortaçağ siyasətinin dibinə çökdürmək üçün daha geniş miqyasda hərəkətə keçdilər. 80 milyonluq ölkədə bu gün camilərin sayı 84 min 684-dür. Ölkə boyunca camilərin və imam xətib məktəblərinin hər gün sayı artmaqda davam edir. Bu dini şəbəkənin ölkə boyunca tək apardığı siyasət ortaçağ düşüncə tərzinin daha da dərinləşdirilməsidir. Müsəlmanlıq və islamiyyət adı ilə cəhalət ölkənin baş bəlasına çevrilib. Hər məscidin çevrəsində formalaşdırılan “camaat birliyi”nin tək işi Türkü inkar yoludur. Ölkədəki xəstəxanaların sayı 1220-dir. Bu ölkədə həkimlərin sayı 77 min, din məmurlar 90 min nəfərdir. Əsil faciə buradan başlayır. AKP-nin kəraməti ucbatından Türkiyədə “camı yaptırma dərnəkləri”nin sayı 35 min olsa da, 1435 kitabxana mövcuddur. Ölkədə “quran kursları”nın sayı 3852-dir. Elmi texniki tərəqqi üzrə bircə ədəd kurs mövcud deyil. Ölkədə 60 min nəfərə bir xəstəxana düşdüyü halda, 350 nəfərə bir məscid düşür. Bütün bunlar AKP iqtidarının irəli sürdüyü siyasətin sonucudur. Məmləkəti başdan başa mövhumata sürükləyən AKP-nin yandaşları ən varlı şəxslərə çevriliblər. Beləliklə “dinçi tüccarlar” zümrəsi formalaşıb. Bu zümrənin təbliğat düzəni mümkün qədər toplumu mövhumatçı ideoloji qavramlarla zəhərləməkdir.
Ərəb-fars tandemi
Zahiri baxımdan mistik, etnoloji görüşlərdə ərəblər və farslar arasında qarşıdurmalar və konfliktlər mövcuddur. Ancaq, Türk toplumları məsələsində onlar daim birgə hərəkət edirlər. Doğunun sonuncu iki qüdrətli Türk dövlətləri olmuş Osmanlı və Qacarları daxili və xarici faktorlar əsasında çökdürdükdən sonra, Batının dəstəyi ilə bu günə kimi ərəb-fars tandemi əsasında Misir, Əlcəzair, Tunis, Oman, Sudan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Suriya, Kuveyt, İran, Livan, Liviya, Bəhreyn, İordaniya və Yəməndə yüz ildən çoxdur antitürk siyasəti bu dövlətlərin strateji hədəflərinə çevrilib. Farslara məxsus Əhəmənilər (b.e. ö. 330-705-ci illər) və Sasanilər (b.e. 226-651-ci illər) imperiyalarının ənənəsini yeni coğrafi siyasət düzənində gerçəkləşdirmək üçün ideoloji konsept yaradılıb. XVIII yüzillikdə İngiltərənin “Hind-Avropa” doktrinası ilə bu prosesə təkan verilib. Dehlidən başlanılan “paniranizm” və “panfarsizm” din pərdəsi altında 1925-ci ildən rəsmi siyasətə çevrilib. Şiəlik-cəfərilik adı altında İraq, İran, Pakistan, Hindistan, Suriya, Əfqanıstan, Livan, Liviya, Türkiyə, Bəhreyn, Küveyt, Oman, Sudan, Misir, Tunis, Əlcəzair, Tacikstan Yəmən və Azərbaycanda cövlan edən Tehranın əbalı maraqlarının mənası budur. İndi Orta Doğuda BOP (Böyük Orta Doğu) siyasətinin strateji hədəfində yer alan savaşlarda bütün təriqətlər və məzhəblər əllərinə silah alan kimi, ilk addımda Türklərə qarşı “cihad” elan edirlər. Hər hansı ərəbin, kürdün və başqa toplumun burnu qanayan kimi, bütün dünya dövlətləri, KİV-lər haray-həşirlə bunu anındaca qabardırlar. Son 15 ildə İraq və Suriya Türkmanlarının bölgələri yerlə yeksan edilir və xarabazarlığa çevrilir, ancaq kimsənin cınqırı çıxmır. Türkiyənin ərazisində minlərlə insanlar terror qurbanına çevrilir, dünya dövlətləri və uluslararası qurumlar heç səslərini çıxarmırlar. Bu ölkədə şübhəli maliyyə qaynaqlarına sahib olan Fətoşun (Fətullah Gülən) 1229 xeyriyyə təşkilatı və fondlar, 19 həmkarlar ittifaqı, 15 universitet və 35 tibbi müəssisə var. Elə bu şəbəkədə çalışan onminlərlə insanlar antitürk siyasətinə cəlb ediliblər. Bir yandan Türk kökənli olmayanlar, o biri yandan Türklər arasında təriqət və məzhəblərin içində yuyulan beyinlər antitürk doktrinasının silahına çevirliblər. Tehran rejimi də bu taktika ilə hərəkət edir. Batının dolayı dəstəyi ilə ərəblər və farsların antitürk ovqatı taktiki baxımdan fərqli olsa da, strateji hədəfləri eyni nöqtədən idarə olunduğu göz önündədir. Millət və dövlət olmanın təməl prinsiplərinin çökdürülməsi projelərinin sirri bundadır. Bu problemlərin tək çözüm yolu, Türkiyə və Azərbaycanda gerçək demokratiya və iqtidarların dövlətin hansı milli kimlik təməlinə söykəmli olduğuna əməl etmələrinə bağlıdır.
Dövlət və millətə qarşı uzanmış hədəflər

Ənvər BÖRÜSOY
13:53
Digər xəbərlər