“Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır – Fərman

Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Fərman imzalayıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Fərmana əsasən Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.

“Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilir.

Fərmana əsasən Prezident Administrasiyası “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin fəaliyyətini təmin edəcək, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən edəcək və qiymətləndirməni aparacaq, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcək.

Xudaferin.eu

17:12