“Dövlət Benəlxalq Banka 13 milyard manata yaxın vəsait xərcləyib, yenə də xərcləyəcək”

 

“Dövlət öz bankını xilas etməlidir, amma bankı bu günə qoyanların da hamısını cəzalandırmalıdır”. “Bu gün mənə Beynəlxalq Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqda haqqında çox sual verirlər. Narahat olmayın, bank dövlət büdcəsinin, yəni bizlərin hesabına yaşayacaq. Sadəcə onun xarici borclarını dövlət öz üzərinə götürür”. Bu barədə hüquqşünas Əkrəm Həsənov “feysbuk” səhifəsində yazıb.

““AqrarKredit”in rəhbəri “Şapka Mamed”in özbaşınalığlnın bədəlini biz ödəyəcəyik”

“Neft Fondunun da oradakı əmanəti böyük ehtimalla batdı. Yəni Cahangir Hacıyevin və Elmar Məmmədovun komandalarının bankı yeyib-dağıtmasının, bankın cari rəhbərliyinin səriştəsizliyinin, üstəgəl guya bankın problemli kreditlərini qaytaran "AqrarKredit"in rəhbəri “Şapka Mamed”in özbaşınalığlnın bədəlini biz ödəyəcəyik”, - deyib hüquqşünas.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının bir illik fəaliyyəti göstərdi ki, sayəsində xəstə bank sistemi palatadan reanimasiyaya köçüb”

Həsənov əlavə edib ki, dövlət son illərdə bu banka artıq 13 milyard manata yaxın vəsait xərcləyib: “Yenə də xərcləyəcək. Təbii, dövlət öz bankını xilas etməlidir, amma bankı bu günə qoyanların da hamısını cəzalandırmalıdır. Ən başlıcası isə onu heç olmasa indi savadlı, bacarıqlı, şəffaf və dürüst şəxslərə etibar etməlidir. Əks halda, sabah bankı xilas etmək artıq mümkün olmaya da bilər. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bir illik fəaliyyəti göstərdi ki, sayəsində xəstə bank sistemi palatadan reanimasiyaya köçüb və morqa yaxınlaşır”.

Şamo
Hurriyyet.org

 

09:39