“Doris” qasırğası Britaniyanı iflic duruma saldı

 

“Doris” qasırğası Böyük Britaniyanın bir neçə rayonunda nəqliyyatın hərəkətinin pozulmasına səbəb olub. Təbii fəlakətdən ən çox Şotlandiya zərər çəkib. BBC telekanalının yaydığı məlumata görə, küləyin sürəti saniyədə 42 metrə çatır. İngiltərənin şimalında və şərqində, Uelsin şimalında, Mərkəzi İngiltərədə ağır hava şəraiti hökm sürür. Şotlandiyanın şimalına qar yağıb.

Londonun Hitrou aeroportunda 77 aviareys ləğv olunub, qatarların hərəkətində ləngimələr gözlənilir. Şotlandiyanın avtomagistrallarından biri qarla örtülüb. Bu səbəbdən sürücülərin bir hissəsi avtomobillərini yolun ortasında saxlayaraq gedib.

Şimali İrlandiyada 8 minə yaxın evin işıqsız qaldığı bildirilir.

BBC

10:01