Doqquzuncu gün: Laçın-Xankəndi yolunda fləşmob

Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə ekologiyanı qorumağa çağıran 884 kubik-rubikdən ibarət mozaik portret qurulub. Portretin üzərində “Save the ecology” yazısı qeyd olunub.

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, kamança və tarda ifalar altında hazırlanan bu portretlə aksiya iştirakçıları ərazilərimizdə ekoloji terrora son qoyulmasına çağırışlar ediblər.

Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq doqquz gündür davam edir.

Havanın çiskinli olmasına baxmayaraq, aksiya iştirakçılarının sıraları genişlənir.

Xudaferin.eu
 


 

15:37