Donald Trampın prezident seçilməsi nələri vəd edir?

 

ABŞ -dakı son prezident seçkilərinin nəticələri barəsində ADR Hərəkatının sədri Qubad İbadoğlu bunları söylədi : ABŞ-da prezident seçkilərinin nəticələrinin ilkin təhlili göstərdi ki:
- Demokratik və azad seçkidə əvvəlcədən proqnoz etmək asan deyil.
- Dünyanın heç bir ölkəsində ədalətli seçki keçirmək mümkün deyil.
- Seçki kampaniyasında büdcənin böyüklüyü siyasətdə uduş üçün başlıca faktor sayıla bilməz.
Qubad Bəy onu da bildirdi ki, bu seçki kampaniyasında Hillari Klintonun topladığı büdcə 516 milyon, Donald Trampın 205,8 milyon dolları olub. Klintonun seçki kampaniyasına Buffet, Soros kimi maliyyə oliqarxları, Səudiyyə Ərəbistanı, Qətər kimi zəngin ölkələr pul ayırıb. Amma Donald Trampın kampaniyasında əsas maliyyə mənbələri şəxsi vəsaitlər və sıravi vətəndaşların ianələri olub. Onun kampaniyasına bir ianəçinin xərclədiyi vəsaitin orta məbləği 61 dollar olub. Buna baxmayaraq, “Wall Street”, iri bankların, nüfuzlu media şəbəkələrinin, zəngin ölkələrin Hillari Klintona səxavətlə pul xərcləsələr də onu prezident edə bilmədilər. Demokratik seçkidə xalqın seçimi qarşısında nə ianə, maliyyə və nə də media hakimiyyəti duruş gətirə bilmir. Baxmayaraq ki, nüfuzulu media orqanları "CNN", "BBC", "New York Times" Donald Trampın əleyhinə təbliğat aparsa da onu məğlub edə bilmədilər.

Xudaferin.eu

10:56