Donald Tramp Yaponiyanı ABŞ-ın böyük müttəfiqi adlandırdı

 

ABŞ Yaponiyaya kömək göstərməkdə davam edəcək, bu ölkə gözəl müttəfiqdir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı “Mar-a-Logo” elit istirahət mərkəzində Baş nazir Şinzo Abe ilə görüşdən sonra mətbuat qarşısında çıxışında bildirib.

ABŞ Prezidenti deyib: “İstəyirəm hamı başa düşsün və dəqiq bilsin ki, Birləşmiş Ştatlar Yaponiyaya kömək etməkdə davam edəcək, bu ölkə 100 faiz böyük müttəfiqdir”.

Jurnalistlərin Quzey Kore tərəfindən raket buraxılşı barədə suallarına baxmayaraq, D.Tramp əlavə heç bir bəyanat verməyib.

Xatırladaq ki, Quzey Kore fevralın 12-də səhər Yapon dənizi istiqamətinə ballistik raket buraxıb. Siyasi ekspertlərin Uzaq Doğu üzrə ixtisaslaşmış mütəxəssislərin fkirincə Quzey Kore bu addımını Çinin dəstəyi ilə atıb. Bir sözlə Çin ABŞ-a qarşı əzələ nümayiş etdirmək üçün Quzey Koreni irəli verməyə cəhd etmişdir.

 

Xudaferin.eu

08:53