Dominikanlı jurnalistləri canlı yayımda güllələdilər

 

Dominikan Respublikasında yerli radiostansiyanın jurnalistləri canlı yayımda güllələnib.

 “The Guardian” qəzetinin yaydığı məlumata görə, insident San-Pedro de Makoris şəhərində baş verib. Bir qrup silahlı şəxs 103FM radioqovşağına soxularaq əməkdaşlara atəş açıb. Atəş səsləri “Facebook” sosial şəbəkəsinə qoyulan canlı yayımın fraqmentlərində də aydın eşidilir.

Silahlı hücum nəticəsində aparıcı Luis Manuel Medina və prodüser Leo Martines həlak olub. Ağır yaralanan daha bir qadın jurnalist isə hospitala yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən üç nəfər həbs olunub. Jurnalistlərə hücumun motivləri araşdırılır.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:49