Dollar bahalaşır, məmurlar xalqı borc içində boğur

Dollar bahalaşır, məmurlar xalqı borc içində boğurYanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb. Məlumata görə, bu gün hərraca cəmi 25 milyon dollar çıxarılıb. Nəticədə, bankların dollara olan tələbatı ödənilməyib. ABŞ valyutası bir qədər də bahalaşıb. Yanvarın 23-də keçirilən valyuta hərracında 40 milyon dollar satılıb. Beləliklə, dollar manat qarşısında daha 2,6% bahalaşıb. Dolların kəskin bahalaşmasından sonra bu valyuta ilə kredit götürmüş müştərilər kütləvi şəkildə ödəniş etməkdən imtina edir. Bəzi müştərilər əvvəlki məzənnə ilə ödəniş edəcəklərini əsas gətirərək borclarını verməkdən imtina edir. Bəziləri isə manatın kəskin dəyərsizləşməsi ilə iş yerlərini itirdiklərinə görə, ödəniş etmə imkanından məhrum olduqlarını bildirirlər. Faktiki olaraq hazırda banklara dollarla kredit məbləğlərinin ödənilməsi prosesi tamamilə həyata keçirilmir. Azərbaycan pulunun tarixindəki ən aşağı səviyyəyə düşməsi, neftin qiymətindəki geriləməbazarlara təsir edib. Eyni zamanda Amerika Birləşmiş Ştatları Mərkəz Bankının (FED) şərhi gözlənilən faiz qərarı manatın zəifləməsinə təsir göstərib. Hansısa səhlənkarlıqların, korrupsiyanın və fırıldaqçılığın nəticəsində ortaya çıxan məsələdir. Söhbət ondan gedir ki, Azərbaycanda sosial-iqtisadi çətinliklər qlobal böhran başlamazdan çox-çox əvvəl mövcud olub. Uzun illərdir ki, ölkəmizdə insanların ən azı yarısı yoxsulluq içərisində yaşayır, bütün iqtisadi sferalarda acınacaqlı vəziyyət hökm sürür. Əlbəttə, bu situasiya ölkəmizdə özbaşına yaranmayıb. Neft ölkəsində belə bir fenomenin ortaya çıxmasının təbii ki, baiskarları var. Onların kimlikləri də ictimaiyyətdən gizli deyil. Bunlar ölkənin iqtisadi inkişafına özlərinin fərdi maraqlarını təmin etmək üçün zərbə vuran məmur-oliqarxlardır. Bu sırada xeyli məmurun adını çəkmək olar. Onlar müxtəlif iqtisadi sfereları inhisarda saxlamaqla, ölkə sərvətlərini talamaqla, neft gəlirlərini mənimsəməklə, sosial ədalətsizlik şəraiti yaratmaqla, bank sistemini fırıldaqçılıqla idarə etməklə ölkəmizi dərin böhrana salıblar. Azərbaycanda böhran qlobal böhrandan xeyli əvvəl yarandığı üçün dünyadakı krizis bizim ölkəmizdə xaosa səbəb olmayıb. Çünki insanlarımız uzun illərdir bu böhranı yaşayırlar. Azərbaycan vətəndaşları hətta ciddi araşdırmalar aparmadan da bu böhranı yaradanların kimliyini müəyyən edə bilirlər. Çünki bizim ölkəmizdə məmur-oliqarxlar öz əməllərini heç nədən çəkinmədən həyata keçirirlər. Açıq-aşkar bilinir ki, kim hansı sahəyə nəzarət edir, hansı sferanı inhisara alıb.

Politika.Az

12:10