Doğu Ukraynadakı döyüşlər 750,000 uşağı susuz qoya bilər
Beynəlxalq Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edir ki, Doğu Ukraynadakı döyüşlər həmin ərazilərdə su təminatını riskə atdığından 750,000 uşağın su çatışmazlığı ilə əlaqəli xəstəliklərə yoluxmaq təhlükəsi mövcuddur.
BMT-nin hesablamalarına görə Doğu Ukraynada Rusiyanın dəstəklədiyi separatçılara üç il davam edən döyüşlər nəticəsində 10,000-ən yaxın insan öldürülmüş, 23,500-dən çoxu isə yaralanmışdır. Təşkilatın xəbərdarlığına əsasən, üsyançıların nəzarəti altında olan ərazidəki döyüşlər çox sayda insanın həyatını riskə atır. Onların hesabatında bildirilir ki, son döyüşlər zamanı mühüm əhəmiyyətli su infrastukturuna ziyan yetirilməsi 100,000-i uşaq olmaqla 400,000 insan dörd gün sudan məhrum olmasına səbəb olub.
Həmin borular artıq təmir edilib. Amma, UNICEF bildirir ki, 3 milyon insanı su ilə təmin edən digər boru Şərqi Ukraynada döyüşlərin getdiyi ərazilərdən keçir. Təşkilatın sözçüsü Kristof Bolirak xəbərdarlıq edir ki, həmin boruya ziyan yetirilsə 750,000 uşaq su ilə təminatdan məhrum olacaq.
UNICEF əlavə edir ki, Doğu Ukraynada 4 milyona yaxın insan humanitar yardıma ehtiyac duyur. Təşkilat bildirir ki, uşaqlar təhlükə altında yaşayan insanların əhəmiyyətli hissəsini təşkil edir. Regionda olan problemlərə torpaq minaları və uşaqların psixoloji durumu da daxildir.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”
17:15
Digər xəbərlər