Dəməşqdə güclü partlayış: Çox sayda ölən var

Terrorçuların hədəfi qəbiristanlığa gələn müsəlman zəvvarlar olublar.

Suriyanın paytaxtı Dəməşq şəhərinin Bab əs-Saqir qəbiristanlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, bundan əvvəl 40-dan çox insanın öldüyü bildirilirdi.

Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində ən azı 120 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Terrorçuların hədəfi qəbiristanlığa gələn müsəlman zəvvarlar olublar.

Xudaferin.eu

21:21