Bizim cəmiyyətdə Bayraq, Din, Şəhid, Ailə və Prezident institutu müqəddəs və ya toxunulmaz hesab olunur. Dövlət büdcəsini talayan, rüşvətxor məmur və ya tenderdə "otkat"la işləyən işbazın ən böyük sığınacağı vətənpərvərlikdir. Onlar bu toxunulmaz simvolların arxasında gizlənərək, özünə qarşı yönələcək hər hansı tənqidi əvvəlcədən neytrallaşdırmağa çalışırlar.
Ən böyük talançılıq adətən ən müqəddəs adların altında gizlənir ya da malalanır. O, bir mənzili 10 çarəsiz vətəndaşa sataraq yüzlərlə ailəni küçədə qoyur, gecələr bahalı hotellərdə əxlaqsız qadınlara bir gecə üçün bir müəllimin illik maaşını xərcləyir. Amma səhər açılan kimi, həmin adamı tamam başqa ampluada görürük:
O, əlində ərzaq torbası, yanında fotoqraf, bir şəhid ailəsinin və ya qazinin qapısındadır. Bu adamlar xəlvətdə çirkli pulların yuyulması, aşkarda isə reputasiya yuyulması ilə məşğuldurlar. Bu adam bir binadan sadəlövh vətəndaşları aldadaraq 5 milyon manat qazanır. Həmin pulun 50 min manatını (yəni oğurladığının 1%-ni) qazilərə və ya şəhid ailələrinə xərcləyir. O bilir ki, bizim xalq şəhidə, qaziyə qarşı həssasdır. Kiminsə haqqında "şəhid ailəsinə ev bağışladı" xəbəri çıxanda, avtomatik olaraq insanlar deyir:
"Düzdür, bəlkə də yeyinti edib, amma heç olmasa xalqa da xərcləyir". Bax, onların istədiyi məhz bu cümlədir. Bu cümlə onların cinayətlərinin "viza"sıdır..
Hüquq-mühafizə orqanları onun cinayətlərini araşdırmağa başlayanda, dərhal onun sosial şəbəkələrdə troll dəstələri işə düşür: "Bu adam qazilərimizin atasıdır!"
Əgər bu gün şəhid ailəsinə kömək etmək dəb olmasaydı, o pulu başqa şeyə xərcləyərdi. Onların ürəyi yanmır, sadəcə trendə uyğunlaşırlar. Oğurlanmış pulla edilən yaxşılığın adı savab yox, "sus payı"dır. Dövlət büdcəsindən 10 milyon oğurlayıb, məktəb tikintisinə saxta material işlədən məmur, o pulun 50 min manatı ilə Xatirə Kompleksi, Şəhid bulağı, Muzey və s..tikdirir. Cəmiyyət isə "Heç olmasa nəsə edir" deyə bir zəhərli düşüncəyə yoluxub. Halbuki, o "nəsə", oğurladığının faizi belə deyil. Şəhidin xatirəsi üçün ayrılan 100 min manatın 40 minini otkat kimi mənimsəyir, qalan 60 minə isə ən ucuz daşdan, keyfiyyətsiz sementdən abidə tikdirir və açılışda ən ön sırada dayanır, gözləri dolur, odlu çıxış edir.
Bir məmur və ya büdcə təşkilatının rəhbəri tribunadan nə qədər bərkdən "Vətən", "Dövlətçilik", "Milli Maraqlar" qışqırırsa, deməli, onun yeyinti miqyası bir o qədər böyükdür. Həmin məmurun kabineti adətən kiçik bir dövlətçilik muzeyini xatırladır:
Arxada rəhbərin nəhəng portreti (bəzən standartdan da böyük), masanın üstündə bayraqlar, rəflərdə milli simvollar.
Mesaj: mənə qarşı çıxmaq dövlətə qarşı çıxmaqdır. Halbuki, həqiqi dövlət məmurunun vətənpərvərliyi divardakı şəkildə yox, imzaladığı sənədin dürüstlüyündə, vətəndaşa xidmətindədir.
Tribunada: "Gənclərimiz milli ruhda böyüməlidir, vətənə bağlı olmalıdır!" deyib vağırır, amma öz övladları heç ana dilində danışa bilmir, Londonda, Avropada lüks həyat yaşayırlar.
Biz anlamalıyıq ki, əsl vətən xaini səngərdə qorxub qaçan əsgər yox, o əsgərin geyiminə, yeməyinə, silahına ayrılan pulu oğurlayıb, sonra da kabinetində bayraq önündə selfi çəkdirən məmurdur. Məktəb tikintisindən oğurlayandır. Xəstəxana təchizatından oğurlayandır.
DƏLƏDUZLARIN VƏTƏNPƏRVƏRLİK ŞOUSU

Dr. Benjamin Karimov
Xudaferin.eu
20:25
Digər xəbərlər