DİPLOMATİYAMIZIN KORİFEYİ HAFİZ MİR CƏLAL oğlu PAŞAYEV

Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur.
1963 – Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir
1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləmişdir. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.
1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir
1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-da (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.
Akademik Hafiz Mir Cəlal oğlu Paşayev 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.
Evlidir, iki övladı, dörd nəvəsi var.
Hafiz Mir Cəlal oğlu Paşayev 2 may 2011-ci il tarixində Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ;
2 may 2016-cı il tarixində Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ;
9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ;
29 aprel 2021-ci ildə isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Hafiz Mir Cəlal oğlu Paşayev müstəqil Azərbaycan Diplomatiyasının Korifeyidir.
ADA Unversitenin rektoru kimi Respublikamızı müxtəlif ölkələrdə təmsil edən yüzlərlə diplomat yetişdirmişdir.
Diplomatiyamızın korifeyi -- Hafiz Mir Cəlal oğlu Paşayevi DOĞUM GÜNÜ münasibətiylə TƏBRİK edir ;
möhkəm Can sağlığı , uzun ömür fəaliyyətində uğurlar arzulayırıq !!!

Müəllif : Qəvami Sadıqbəyli.

Xudaferin.eu

03:00