“Diplomatiyada heç bir mənfəət əldə etməmişik” - ABŞ dövlət katibi

“ABŞ, ilk bir ildə heç bir diplomatik mənfəət əldə etməyib”.

Xudaferin.eu-nun məlumatına görə, bunu Vaşinqtondakı çıxışı zamanı dövlət katibi Reks Tillerson deyib. O, diplomatiyanın sadə bir iş olmadığını vurğulayıb.

Tillerson bildirib ki, ötən bir il ərzində Xarici İşlər Nazirliyində çalışan insanları və iş qaydasını öyrənməyə çalışıb. O, XİN heyətinin istəklərini dinlədiyi və qarşıdakı ildən etibarən bunu həyata keçirəcəyini bildirib. Bununla da Tillerson vəzifəsində qalacağına işarə edib.

ABŞ mətbuatı isə Tillersonun bu vəzifədəki günlərinin sayılı olduğunda israrlıdır. Mətbuatdakı məlumatda deyilir ki, Dövlət Departamentinin yüksək səviyyəli diplomatı Tillersonun istefa məktubu yazdığını bildirib. Məlumata görə, Tillerson istefa məktubunda Tramp administrasiyasının təhlükəli yanaşmalarına görə istefa verdiyini qeyd edib.

Amerikalı diplomat Elizabet Şakelford isə digər istefaların da olacağını iddia edib.

Xudaferin.eu

18:36