Diktatordan NATO-ya sərt mesaj: “Burnunuzu soxmayın”

NATO-nun nüvə çalışmasından imtina çağırışına Pxenyan rəhbərliyi "sizə daxli yoxdur" cavabını verib. Quzey Koreyanın rəsmi xəbər agentliyi KCNA-dan verilən açıqlamada, "Vəzifəsi Şimali Atlantika regionunda sülh və təhlükəsizliyi müdafiə etmək olan NATO-nun haqqı olmadığı halda Şimali Koreyanın işlərinə burnunu soxması normal qarşılana bilməz" - deyə bildirilib. NATO-nu ABŞ-a xidmət etməklə günahlandıran Şimali Koreya alyansın yeganə məqsədinin Cənubi Koreya və ABŞ-ın kommunist rejimi devirmək səylərinə dəstək vermək olduğunu bildirib.

Qeyd edək ki, NATO Quzey Koreyanı nüvə silahı və ballistik raket proqramını inkişaf etdirməyə davam etməsi, fitnəkar və təhdidedici açıqlamalara görə sərt şəkildə pisləyib. Şimali Koreya isə öz növbəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BM TŞ) tərəfindən qoyulan son sanksiyalara reaksiya olaraq müharibə təhdidi səsləndirib. KCNA-da dərc olunan bəyanatda BM TŞ-nin sanksiyalar mövzusundakı qərarının Koreya yarımadasında mümkün müharibə təhlükəsi yaratdığı bildirilib. Sanksiyaların sanki müharibə elanı mənasına gəldiyinin qeyd edildiyi bəyanatda "Sanksiyalar mövzusundakı qərarı qəbul edən ABŞ və digər ölkələrin qərarın nəticələrinə görə məsuliyyət daşıdığı" ifadə edilib.
Sanksiyaların “Quzey Koreyanın suverenliyini pozan, hər hansı hüquqi əsası olmayan bir günah sənədi" kimi dəyərləndirildiyi bəyanatda ölkənin nüvə sınaqları "ABŞ və digər düşmən güclərin nüvə təhdidinə və qorxusuz sanksiyalarına qarşı özünümüdafiə və müqavimət haqqı" olaraq bildirilib.
Yeni sanksiyalar ölkənin əhəmiyyətli resursların nəzarət altında saxlamaqla yanaşı kömür ixracatına məhdudiyyət gətirir. Qeyd edək ki, BMT TŞ bütün xəbərdarlıqlara baxmayaraq nüvə silahı və ballistik raket sınaqlarını davam etdirən Quzey Koreyaya yeni sanksiyalar tətbiq olunmasını ehtiva edən qətnamə layihəsini 30 noyabrda qəbul edib.

Xudaferin.eu

15:09