Diaspora Ermənistana ildə 1,5-2,5 milyard dollar pul göndərir

Diaspora Ermənistana ildə 1,5-2,5 milyard dollar pul göndərirHurriyyet.org erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan SSRİ-dən ayrıldıqdan sonra ötən 25 il ərzində Ermənistana daxil olan xarici investisiyanın 70%-i diasporanın payına düşür. Məlumatı dünən parlament dinləmələri zamanı diaspora naziri Qranuş Akopyan verib. O qeyd edib ki, diaspora Ermənistana transfertlər, birbaşa və dolayı investisiyalar, turizm şəklində investisiya qoyur. Akopyanın sözlərinə görə, Ermənistandakı infrastrukturun inkişafına 300 milyon dollar məbləğində maya qoymuş Kirk Krkoryan daha 100 milyon dolları Sənaye İnkişafı Fondunun hesabına keçirib. Ermənistanın ikinci ən böyük sərmayəçisi Eduardo Ernekyandır – o, işğalçı dövlətə 400 milyon dollar məbləğində investisiya qoyub. Siyahıda daha sonra Samvel Karapetyanın, Ruben Vardanyanın, Vardan Simakeşin, Vaçe Manukyanın və başqalarının adları gəlir. Nazirin sözlərinə görə, hər il diaspora Ermənistana 1,5 – 2,5 milyard dollar məbləğində pul göndərir.

Hurriyyet.org

13:35