Diaspor rəhbərindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Cənab Fuad Muradova

Hörmətli Fuad bəy,

İlk öncə Sizi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə seçilməyiniz münasibətilə Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyəti adından ürəkdən təbrik edir, Sizə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Azərbaycan Respublikasının mənafeyinin beynəlxalq miqyasda qorunması işində uğurlar diləyirik.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində baş verən kadr dəyişikliyindən sonra Cəmiyyətimizlə Diasporla İş üzrə Dövlət Komitəsi arasında səmərəli və faydalı əməkdaşlığa ümid edirik. Təəssüflə bildiririk ki, Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyinin qara siyahısında idi və bundan dolayı daim ayrı-seçkiliyə məruz qalıb.

Bizim Cəmiyyətimiz - Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti rəsmi qeydiyyatdan keçən və Avropada fəaliyyət göstərən azərbaycanlıların qurduğu ilk təşkilatlarından biridir. Fəaliyyət göstərdiyi keçən müddət ərzində Cəmiyyətimiz bir sıra uğurlara imza atmış, Azərbaycanın Avropada tanıtmaq və Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq işində zəhmət və enerjini əsirgəməmişdir.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixində sərəncam imzalayıb. Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti olaraq biz də Prezidentin adı çəkilən Sərəncamından irəli gələrək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Avropanın müxtəlif şəhərlərində, xüsusən Brussel və Haaqada müəyyən tədbirlən planlamışıq.

Bununla əlaqədar olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən xahiı edirik ki, Cəmiyyətimizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Respublikada hazırlanmış əyani vəsaitlərlə: kitablar, bükletlər, plakatlar, broşuralar, Azərbaycan Respublikasının dövlət rəmzləri və s. təmin edəsiniz.

P.S: Bu müraciət  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və eləcə də şəxsən komitənin sədri Fuad Muradova da göndərilib.

Hörmətlə,

Elman Mustafazadə

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri,

 

E-mail: elman_mustafazede@hotmail.com
 

Tel.:

+31 626 961 111

+31 685 638 282

+32 466 274 660

www.xudaferin.eu

 

 

 

12:45