“Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamaq tələb edilib
Almaniyada fəaliyyət göstərən Azərbaycan icması “Der Spiegel” jurnalına etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Bremen Azərbaycan Mədəniyyət Evinin adından jurnalın redaksiyasına ünvanlanan məktubda Almaniyada yaşayan Azərbaycan icmasının nəşrin xəbər portalında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağla bağlı separatist yönümlü, birtərəfli, yalan reportajların yayılmasından narahatlıq keçirdiyi vurğulanıb.
Qeyd edilib ki, jurnalın “Səkkiz milyard” podkastında ölkəmizlə bağlı deyilənlər press-kodun ikinci və üçüncü bəndlərinə ziddir. Çünki şifahi məlumat həqiqətə uyğun deyil, müsahibə dəqiqləşdirilməmiş, qərəzli və şəxsi fikirlərə əsaslanıb. Qarabağla bağlı faktlar təhrif edilib və dərc olunub.
Soydaşlarımız redaksiya heyətini jurnalistikanın etik standartlarına əməl etməyə və jurnalist neytrallığını qoruyub saxlamağa çağırıblar.

Xudaferin.eu
21:30
Digər xəbərlər