Deputat: Təhsil nazirinin müavinləri zənglərimizə cavab vermir

Millət vəkilindən təhsil nazirinin iki müavininə sərt etiraz gəlib.

Xudaferin.eu-nun xəbərinə görə, millət vəkili Elşən Musayev parlamentdəki çıxışı zamanı orta məktəblərdəki problemlərdən, Təhsil Nazirliyinin bu problemlərə laqeydliyindən şikayətlənib:

“Orta məktəblərimizdə problemlər qalır. Şəxsən mən hər gün övladımla məktəbə getməli oluram. Çünki çantası çox ağırdır, daşıya bilmir. Eyni zamanda, məktəblərdə “Fondpulu” deyilən məsələ hələ də qalmaqdadır. Desələr də ki, belə bir şey yoxdur, yalan deyirlər.

Mən, ümumiyyətlə, parlamentdə az çıxış etməyə çalışıram, bəzi məsələləri də çox dar bir çərçivədə müzakirə etməyə üstünlük verirəm. Ancaq bir az öncə elə parlamentdən təhsil nazirinin iki müavininə zəng etdim, heç biri də cavab vermədi. Haçan zəng etsən, yenə də cavab verməyəcəklər. Bu, düzgün deyil”.

17:55