Deputat: Ermənistanda hər hansı bir şəkildə demokratik cəmiyyət quruculuğu prosesi yaxın vaxtlarda real görünmür
Ermənistanda COVID-19 və silahlı münaqişə dövründə insan hüquqlarının vəziyyətinin acınacaqlı durumda olması beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilməkdədir. 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Ermənistan cəmiyyətində polis zorakılığının daha da artması, azadlıqdan məhrumetmə faktlarının genişlənməsi, siyasi opponentlərin susdurulması, hətta bir sıra bölgələrdə başqa partiyalardan olan bələdiyyə üzvlərinin hökumət qüvvələri tərəfindən həbs edilməsi kifayət qədər ağır nəticələrin ortaya çıxdığını göstərir. “Freedom House” tərəfindən nəşr edilən “Nations in Transit 2020”yə əsasən, Ermənistan 100-dən 33 bala layiq görülüb. Ermənistana verilən bu qiymət onu göstərir ki, qütbləşmiş siyasət, korrupsiyanın daha geniş yayılması cəmiyyətin daha çox parçalanmasına səbəb olub. Bununla yanaşı, Ermənistanın insan resursları da tükənmək üzrədir. Mühacirət hallarının daha da artması bu ölkədə əsasən sosial vəziyyətin pisləşməsi ilə yanaşı, həm də siyasi diskriminasiyanın artması nəticəsində yaranan amillərdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa qeyd edib ki, son vaxtlar Ermənistan tərəfindən bir sıra beynəlxalq təşkilatlara və insan haqları məhkəməsinə edilən şikayətlərin də sayı artmaqdaqdır. Bu da onu göstərir ki, vətəndaşların sosial və mülki hüquqlarının qorunması istiqamətində ciddi çatışmazlıqlar var. Ötən müharibədən sonra hərbçilər arasında narazılıq genişlənməkdədir. Hüquq pozuntularının daha da artması və məhkəmələrdə həmin kateqoriyadan olan insanların müraciətlərinə obyektiv baxılmaması ilə bağlı kifayət qədər ciddi faktlar mövcuddur. Bütövlükdə Ermənistan cəmiyyəti siyasi və sosial böhran içərisindədir. Bu böhranı da bilavasitə ifadə, sərbəst toplaşmaq azadlıqları və digər əsas hüquqların həyata keçirilməsi sahəsində olan əngəllərlə bağlamaq mümkündür. Çünki son vaxtlar mitinqlərin dağıdılması, sərbəst toplaşmağın qarşısının alınması halları hökumət qüvvələri tərəfindən daha sərt şəkildə həyata keçirilməyə başlanılıb. Bu da onu deməyə əsas verir ki, Ermənistanda hər hansı bir şəkildə demokratik cəmiyyət quruculuğu prosesi yaxın vaxtlarda real görünmür. Həm də mahiyyətcə işğalçı bir dövlətin militarist siyasət yürütmə ənənəsi, əslində, onun demokratiyaya keçidini əngəlləyən əsas amillərdən biridir. Nəticə etibarilə əvvəllər Ermənistanı himayə edən qüvvələr oradakı real vəziyyəti çılpaq şəkildə diqqətə çatdırmaqdadırlar. Bu isə Ermənistanın uzun illərdir gizlədilən gerçək durumunu indi daha çox göz önünə qoyur.
“Biz düşmənin mövqelərinin bu cür sarsılmasını doğru dəyərləndirməli, dünya mediasında və beynəlxalq təşkilatlara müraciətdə daha çox bu istiqamətdə təbliğatlarımızı genişləndirməliyik. Çünki erməni yalanları ucbatından Azərbaycana qarşı bir sıra insan hüquqları təşkilatları, ABŞ Dövlət Departamenti və digər bu istiqamətdə fəaliyyət göstərən qurumlar qeyri-obyektiv və yalan iddialar səsləndirirdilər. Məsələn, din azadlığı ilə bağlı məhdudiyyətlərdən danışanda qeyd etmək istəmirdilər ki, Ermənistanda, ümumiyyətlə, başqa dinə mənsub insanlara qarşı dözümsüzlük pik həddədir, orada başqa dinin nümayəndəsini tapmaq olduqca çətindir. Halbuki, Azərbaycan tolerantlıq mərkəzi olaraq bütün dinlərin bir yerdə dinc, yanaşı yaşadığı, ibadət etdiyi və bütün azadlıqların mövcud olduğu ölkə kimi tanınır. Bu baxımdan da biz bir sıra sahələrdə təbliğatı gücləndirməliyik ki, Ermənistanın əsl üzü ifşa edilsin. Dünya ictimaiyyəti görsün ki, Azərbaycan necə bir düşmənlə, sülhü, hüququ sevməyən, qanuna əməl etmək istəməyən bir qonşu ilə üz-üzədir”, - deyə deputat əlavə edib.

Xudaferin.eu
21:09
Digər xəbərlər