Deputat: "Dərslərin iyunun 15-nə qədər uzaldılması nə deməkdir?"

Məktəblərdə dərslərin iyunun 15-nə qədər uzaldılması nə deməkdir? Buna nə ehtiyac var?

Xudaferin.eu xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, xüsusilə də aşağı siniflərdə oxuyan uşaqların, şagirdlərin dərslərinin iyunun 15-nə kimi uzaldılması düzgün deyil:

“Biz millət vəkilləriyik, artıq növbədənkənar iclasları nəzərə almasaq, tətilə çıxmış sayılırıq. Amma uşaqlar hələ də istidə məktəbə gedirlər. Bunun təhsilə, həmin uşaqlara nə xeyri var?!

Hər dəfə təhsil naziri dəyişəndə, hərəsi özündən bir şey çıxarır. Bu, düzgün deyil. Hesab edirəm ki, bu məsələ aradan qaldırılmalıdır.

Bir də uşaqların məktəb çantaları ilə bağlı ciddi problemlər var. Az qala hər çantanın yeddi kiloqram çəkisi var. Biz uşaqları “ştangist” hazırlayırıq? Ona görə uşaqlar çox vaxt ataları, nənələri, ya da anaları ilə dərsə getməli olurlar. Bu, aradan qaldırılmalıdır”, - deyə millət vəkili sözlərinə əlavə edib.

Xudaferin.eu

18:00