Deputat: Azərbaycan ilə İran arasında imzalanan Memorandum iki ölkənin xalqlarının əməkdaşlığında yeni səhifədir
Azərbaycan Respublikası ilə İran İslam Respublikası hökumətləri arasında imzalanmış Anlaşma Memorandumu tarixi hadisədir və diplomatiyamızın növbəti uğurudur. Anlaşma Memorandumunda, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında İran ərazisindən keçməklə, yeni dəmir və avtomobil yollarının, körpülərin, piyada keçidlərinin tikintisini, rabitə, enerji təminatı infrastrukturunun yaradılması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, 30 illik erməni işğalı səbəbi ilə, Naxçıvan blokada vəziyyətində olub, yüklərin və sərnişinlərin daşınması əsasən İran vasitəsilə həyata keçirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində imzalanan 10 noyabr Bəyannaməsində Zəngəzur dəhlizinin açılması xüsusi bənd olaraq göstərilsə də, Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdır. Müxtəlif bəhanələrlə vaxtı uzatmaqla məşğul olur. Kommunikasiyalar açılmadan Ermənistanın inkişafının qeyri-mümkün olduğunu etiraf etmələrinə rəğmən, bunun üçün əməli addım atmayan ermənilər növbəti dəfə tarixi şansı qaçırdılar.
Deputat vurğulayıb ki, ilk dəfə, 1990-cı illərdə Ermənistan ərazisindən ixrac neft-qaz kəmərləri keçə bilərdi. Ancaq işğalçı xisləti, “böyük Ermənistan“ xülyaları buna imkan vermədi və Ermənistan milyardlarla gəlirdən, iqtisadi-sosial problemlərin cəngində boğulan, dənizlərə çıxışı olmayan bir dövlət üçün olduqca əhəmiyyətli transmilli layihələrdən məhrum oldu. Əlavə olaraq, işğal etdiyi torpaqları da itirdi. Aydın məsələdir ki, iqtisadiyyatı zəif ölkənin ordusu da zəif olur.
Azərbaycan isə vaxt itirmədən Qarabağı bərpa edir, infrastruktur layihələrini həyata keçirir, sürətlə inkişaf edir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarını genişləndirir. Bütün bunlar, Azərbaycanı regionun logistik mərkəzinə çevirəcək, geostrateji əhəmiyyətini artıracaq, dövlətin büdcəsinə külli miqdarda iqtisadi dividendlər gətirəcək, yeni iş yerlərinin açılmasını şərtləndirəcək.
“Prezident İlham Əliyevin təbirincə desək, biz heç kimdən asılı deyilik, özümüz özümüzü təmin edirik, başqalarından fərqli olaraq müstəqil siyasət aparırıq və siyasətimizin kökündə Azərbaycan xalqının milli maraqları dayanır. Bu gün imzalanan Memorandum Azərbaycan və İran xalqlarının əməkdaşlığında yeni səhifədir və hər iki ölkənin xalqlarının rifah halının yaxşılaşmasına xidmət edəcək”, - deyə Nəsib Məhəməliyev qeyd edib.

Xudaferin.eu
16:16
Digər xəbərlər