“Delovoy sobesednik”: Heydər Əliyev dünya miqyaslı görkəmli dövlət xadimlərindən biridir
Heydər Əliyevin töhfələrini lazımınca qiymətləndirmək çətindir. Onu, haqlı olaraq, müasir Azərbaycanın qurucusu və memarı hesab edirlər. O, ölkə tarixində ən dramatik dövrdə hakimiyyətə gəldi, respublikada sabitliyi bərqərar etdi, xalqa ümid və azadlıq verdi, güclü nizami ordu yaratdı, onilliklərcə irəlicədən siyasi və iqtisadi strategiyanı müəyyən etdi.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər “Delovoy sobesednik” beynəlxalq informasiya-analitik jurnalında dərc edilmiş məqalədə əksini tapıb.
Məqalədə vurğulanır ki, keçən il Qırğızıstan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar və effektiv il olub. Azərbaycan və Qırğızıstan liderləri qarşılıqlı səfərlər edib, bu səfərlərin gedişində iki qardaş respublikanın həyat fəaliyyətinin müxtəlif sahələrində əməkdaşlıq haqqında bir sıra sazişlər imzalanıb.
Müəllif qeyd edir ki, iki ölkə arasında diplomatik münasibətlər qurulmasının yubileyi ilə əlaqədar Bişkekdə keçirilən şənliklərə Azərbaycan parlamentinin nüfuzlu nümayəndə heyəti gəlmişdi. Bu tədbirin gedişində tərəflər iqtisadiyyat, nəqliyyat, elm, mədəniyyət sahələrində və humanitar sahədə əlaqələrin və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov deyib: “Qırğızıstan-Azərbaycan diplomatik münasibətlərinin 30 illik tarixində son iki il, xüsusən 2022-ci il çox səmərəli olub. Azərbaycan və Qırğızıstan liderlərinin rəhbər tutduğu yaxınlaşma xətti öz səmərəsini verir. Bu iki qardaş xalq həmişə bir-birinə xüsusi rəğbət bəsləyib”.
Diplomat daha sonra deyib ki, 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Səfir deyib: “Fikrimizcə, Ümummilli Lider Heydər Əliyevin yubileyi qardaş Qırğızıstanda da qeyd ediləcək. Bu respublikada onu tanıyır və sevirlər. Heydər Əliyev təkcə türk dünyasında deyil, dünya miqyasında görkəmli dövlət xadimlərindən biridir”.
Müəllif yazır: “Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü, Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanan siyasət sayəsində Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib, nəqliyyat və energetika sahələrində dünya əhəmiyyətli logistik mərkəzə çevrilib. Bütün bunların sayəsində Azərbaycanın işğal altında olan ərazilərini 44 günlük Vətən müharibəsində azad etmək mümkün olub”.

Xudaferin.eu
16:13
Digər xəbərlər