DAVİB növbəti layihəsini ŞUŞA məktəbində icra etdi

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) “Dəmir yumruq və onun qəhrəmanları” adlı layihəsi bu dəfə Bakı şəhərində yerləşən Şuşa rayon 7 nömrəli tam orta məktəbində keçirilmişdir.
Tədbir haqda Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin (DAVİB) Qadınlar Şurasının sədr müavini Nailə Həsənova DAVİB Mətbuat Xidmətinə bildirib ki, 14 oktyabrda Şuşa rayon 7 npmrəli tam orta məktəbdə keçirilən layihəmizdə olduqca maraqlı və məzmunlu keçdi. Qeyd etdiyimiz kimi, DAVİB-in icra etdiyi layihə uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə müxtəlif təhsil ocaqlarında keçirməyi planlaşdırır. Agentliyin maliyyə dəstəyilə həyata keçirilən layihə iki ay müddətində Bakı şəhərində müxtəlif təhsil ocaqlarında icra olunmaqda davam edir.
Bakı şəhərində yerləşən Şuşa rayon 7 nömrəli tam orta məktəbində keçirilən tədbirdə iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra, Şəhidlərin ruhunu 5 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan DAVİB-Qadınlar Şurasının sədr müavini N.Həsənova ilk öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklədiyinə görə təşəkkür edərək, Təhsil nazirliyinə, nazirliyin əməkdaşı Kamran Zeynalova, Qarabağ regional və Şərqi Zəngəzur regional təhsil idarələrinə və Şuşa rayon təhsil şöbəsinin müdir əvəzi Rəsmiyyə Məmmədovaya layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlığını bildirdi.
"Dəmir yumruq əməliyyatı" nın mahiyyəti və onun uğulu nəticələnməsi, layihənin məğzi və məqsəsi haqda N. Həsənova layihə iştirakçılarına dolğun bilgilər verdi.
Layihənin təlimçisisi Arzu Əliyeva daha sonra iştirakçılara 44 günlük müharibənin Qəhrəmanları və 'Dəmir Yumruq Əməliyyatı " haqda məlumatlar verdi.
Məktəbin direktoru Elçin Dadaşov çıxış edərək DAVİB-rəhbərliyinə belə bir layihənin məhz Şuşa 7 nömrəli tam orta məktəndə keçirildiyinə görə minnətdarlıq bildirdi.
Tədbir iştirakçıları onlara paylanılmış bukletlər vasitəsilə layihənin məqsədi və təşkilat haqda bilgilərdə əldə etdilər.
Layihədə fəal iştirak etdiklərinə görə iştirakçılara SERTİFİKATlar təqdim edildi. Layihənin sonunda layihədə iştirak edən 30 nəfərdən çox iştirakçıları üçün çay süfrəsi açıldı.
Layihənin növbəti tədbirləri Ağdam, Laçın və 6 nömrəli uşaq gənclər inkişaf mərkəzində keçiriləcək.
Layihə davam edir.

DAVİB Mətbuat Xidməti.

Xudaferin.eu

21:57