DAVİB növbəti dəfə ŞUŞAdakı əsgərlərə sovqat çatdırıb

24 noyabr 2020-cil tarixində, DAVİB-in Azərbaycanın baş tacı olan Şuşa şəhərinə, orada yerləşən əsgərlərə növbəti dəfə qida, geyim və gigiyenik əşyaları gətirilməsinə nail olmuşdular. Bu haqda xəbər verən, Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) sədri Dəyanət Həsənov qeyd etmişdir ki, DAVİB və VMGİB-in 27 sentyabrdan başlanan və bu günədək davam edən Orduya Dəstək aksiyasına yenədə Bakı şəhərində yerləşən 178 saylı şəhid Dilqəm Nəbiyev adına tam orta məktəbin müdürü Laləndər Hasilova, müdür müavini Ülviyyə Cümayeva və müəllim kollektivi, iş adamı Rafiq Ağamirzəyev, Şuşalı iş adamları Yalçın Novruzoğlu və Üzeyir Həsənovda qoşularaq Şuşa şəhərinə növbəti dəfə əsgərlərimiz üçün geyim, qida və gigiyenik məhsulları gətirilmişdir. Əsgər və zabitlərlə hər iki QHT rəhbərlərinin görüşləri keçirilmiş, Şuşanın qədim-tarixi, onun müasir Azərbaycana verdiyi tarixi şəxslər və sərkərdələr haqda məlumatlar verilmişdir. Görüş zamanı Ali Baş komandan İlham Əliyev cənabları başda olmaqla, əsgərlərimizə Şuşalılar adından, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin timsalında ölkədə fəaliyyət göstərən QHT sektoru və Xalqımız adından möhtəşəm QƏLƏBƏ münasibətilə təbriklər edilmiş, işğal edilmiş torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda Şəhid olmuş Vətən övladlarına ALLAHDAN rəhmət, yaralı əsgərlərimizə şəfa dilənmişdir.

Onuda qeyd edək ki, Vətən Müharibəsi başlanan gündən, 27 sentyabrdan bu günədək DAVİB birlik daxilində təşkil etdiyi 4 qrupla müxtəlif cəbhə bölgələrində olaraq, hal-hazırda dekabrın 1-nə kimi Şuşa olmaqla bərabər müxtəlif bölgələrdə fəaliyyətlərini davam etdirməyi qərarlaşdırıblar.

Nəsimi Qarabağlı
Xüsusi Təyinatlı Həmlə Kəşfiyyat Diversiya Qrupunun ( XTHKDQ) rəhbəri,
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti

Xudaferin.eu

18:46