Daşkənddə "Türk-Özbək Dostluq Konserti" keçirilib

 

Türkiyənin Daşkənddəki səfirliyi ilə Mədəniyyət və Tanıtma Orqanının təşkilatçılığı ilə keçirilən konsert Türküstan İncəsənət sarayında baş tutub.

 

Konsertdə açılış nitqi ilə çıxış edən Türkiyənin Daşkənddəki səfiri Əhməd Başar Şen ortaq tarix, dil, din və mədəniyyət köklərindən gələn Türk və Özbək xalqlarının könül bağlarını və səmimi qardaşlıq hisslərini tarix boyu mühafizə etdiyini və bir-birini dəstəklədiyini dilə gətirib.

"Biz müxtəlif səbəblərdən əsrlər öncə bir-birindən ayrılan və başqa məkanlarda yaşayan, ancaq əsrlər boyu bir-biri üçün həsrət çəkən iki qardaş xalqın övladlarıyıq" deyə səfir Ə.B.Şən bildirib.

Konsertdə Mədəniyyət və Turizm Nazirliyi yanında Dövlət Türk Xalq Musiqisi ifaçıları və Dövlət Xalq Rəqsləri İcma üzvləri ilə Özbəkistanın "Sabo" milli rəqs ansamblı və özbək ifaçılar maraqlı proqramla çıxış ediblər.

 

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"

 

10:33