Danimarka parlamentinin sədri Cənubi Qafqazdakı həlli uzanan münaqişələr barədə: Narahatıq
ATƏT-in Parlament Assambleyasının yeni prezidenti Giorgi Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaard ilə ATƏT məkanında həlli uzadılmış münaqişələr məsələsini müzakirə ediblər. Bu barədə ATƏT PA-nın rəsmi saytında bildirilir.
Məlumata görə, qurumun sədri kimi ilk ikitərəfli görüşündə G.Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaardla ATƏT regionundakı problemlər və Danimarkanın PA-ya qatılması məsələlərini nəzərdən keçiriblər. G.Tsereteli ATƏT PA-nın Beynəlxalq Katibliyinin yerləşdiyi Danimarka parlamentinə Assambleyanın büdcəsinə vəsait ayırdığına görə minnətdarlığını bildirib.
Öz növbəsində, P.Kyarsqaard ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin olmasından, eləcə də Ukraynadakı vəziyyətə görə narahatlığını ifadə edib və G.Tsereteliyə Assambleyanın rəhbəri kimi münaqişələrin həllinə töhfə vermək missiyasında müvəffəqiyyət diləyib. G.Tsereteli P.Kyarsqaardı ATƏT PA-nın iclaslarında, o cümlədən hər yaz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Büronun toplantısında iştirak etməyə dəvət edib.

TREND İA
10:09
Digər xəbərlər