“Danabaş kəndinin əhvalatları” Türkiyə türkcəsində

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilir.

Layihə üzrə Yusuf Vəzir Çəmənzəminli “Kan içinde. İki ateş arasında” romanının ardınca Cəlil Məmmədquluzadənin “Danabaş köyünün hikayeleri” kitabı türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Kitablar qardaş xalqın rəğbəti ilə qarşılanıb. Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.

TREND. IA

13:46