Daha 3 ölkə üçün “Ukrayna ssenarisi”

Baltikyanı ölkələr rus imperializminin hədəfində

Litva seyminin deputatı, prezidentin sabiq mətbuat katibi Linas Balsis Kalininqrad vilayətini Rusiyadan geri almağı təklif edib.Deputat bildirib ki, Kalininqrad ömürlük Rusiyaya verilməyib: “İkinci Dünya Müharibəsinin nəticələrinə aid razılaşmada Kalininqrad Sovet İttifaqına Avropada sülh bərqərar olanadək verilmişdi. Krımı ilhaq etməklə razılaşmanı Rusiya özü pozub. 2016-cı ilin sentyabrın Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, II Dünya Müharibəsinin nəticələrinə dair razılaşmalara yenidən baxmaq üçün  “Pandorra yeşiyi”ni açmaq lazımdır. Putinə görə, məsələyə yenidən baxılarsa, təkcə Kalininqrad deyil, Almaniyanın şərq torpaqları, eyni zamanda Polşadan alınmış Lvov, Rumıniya və Macarıstan məsələsinə də baxılmalıdır. Qeyd edək ki, 1773-cü ildən 1945-ci ilə qədər Kenisberq adlanan Kalininqrad Şərqi Prussiyanın ərazisi sayılırdı.Potsdam konfransından sonra Şərqi Prussiyanın ərazisi SSRİ ilə Polşa arasında bölüşdürülmüşdü.

Rusiya Vilnüsü istəyir

Litvaya Rusiyadan cavab gecikməyib.Belə ki, Rusiya Federasiya Şurasının beynəlxalq komitə sədrinin I müavini Vladimir Linas Balsisə cavabında bildirib ki, Litva Vilenski (Vilnüs) vilayətini Rusiyaya qaytarmağa məcburdur: “Vilnüs rayonu heç vaxt Litvaya aid olmayıb.Bu ərazi 1917-ci ilə qədər Rusiya imperiyasının, 1920-ci ildən 1939-cu ilə qədər Polşanın tərkibinə daxil olub, II Dünya müharibəsindən sonra isə Litva SSRİ-nin tərkibinə daxil edilib”.

Putinin trolları iş başında

Analitklər Rusiya və Litva arasında qızışan torpaq davasını son zamanlarda Baltikyanı dövlətlərdə Kremlin “trol”larının fəallaşmasıyla əlaqələndirirlər.Hesab olunur ki, ərazi iddiasını gündəmə gətirən ruspərəst siyasətçilər regionda yaşayan rusdilli əhali arasında separatizm dalğasını gücləndirməyə çalışırlar.Baltikyanı dövlətlərdə yaşayan rusları ərazi iddiası ilə ayağa qaldırmağa çalışan siyasi güclərin Maydan ssenarisini bu regionda təkrarlamaq niyyətləri də müzakirə mövzusudur.Ukraynada olduğu kimi Baltikyanı dövlətlərin (Litva, Latviya və Estoniya) rusların yaşadığı ərazilərində separatizmi gücləndirməyə çalışan Rusiyanın bu ölkələrə hücum edərək, rusdilli əhalinin müdafiəsi adı altında bir sıra əraziləri işğal etmək niyyətində olduğu da gözləniləndir.Artıq təhlükəni real hesab edən Latviya, Litva və Estoniya rəhbərlikləri NATO və ABŞ-ı Rusiyanın gözlənilməz hücumlarına qarşı bölgədə hərbi qüvvələrinin sayını artırmağa çağırıb.Çağırışlarda o diqqətə çatdırılır ki, Rusiya Baltikyanı bölgə ilə sərhədlərinə hərbi qüvvələr və hərbi texnikalar yığmağa başlayıb.

Münasibətlər gərginləşir

Krımı ilhaq etdiyi üçün Qərblə əlaqələri gərginləşən və Ukrayna hökumətinə qarşı mübarizədə Donbasdakı separatçılara silahlı yardım edən Rusiyanın işğalçılıq siyasəti Moskvayla Baltikyanı dövlətlərin münasibətlərini gərgib.Ukraynanı parçalayan və Moldovada baş qaldırmış rus separatizminə dəstək verən Rusuya digər yandan Baltikaynı dövlətlər üzərində təzyiqləri artırır.Ukraynada olduğu kimi bu dəfə də regionda yaşayan rusdilli əhalidən istifadə edir.Bölgə dövlətlərini narahat edən əsas amil də budur.Latviya və Estoniya əhalisinin 14, Litvanın isə 6%-nin rus olduğunu nəzərə alsaq, bu, Rusiyanın geniş əl-qol açmasına zəmin yaradır. SSRİ-nin dağılmasından sonra Latviya və Estoniyada yaşayan ruslara vətəndaşlıq verilmədi.Litvada isə ruslara tanınan konstitusion imtiyazlar bu ölkənin xeyli dərəcədə Rusiyaya meyllənməsinə yol açdı.İndi Moskva bu amillərdən istifadə edərək.Baltikaynı dövlətlərdə fəaliyyət göstərən bir sıra siyasi partiyalarla əlaqələrini möhkəmlədib.Bu partiyalar vasitəsilə regionda siyasi və separatçı gərginlik yaratmağa çalışdığı narahatlığı hökm sürür.Latviya və Estoniyadan fərqli olaraq, Litvada Moskvanın yürütdüyü siyasət bir qədər fərqlidir.Bu ölkənin Polşa ilə gərgin münasibətlərindən istifadə edən Kreml bundan prosesləri daha da qızışdırmağa yönəldir.Rusiya həmçinin NATO və Aİ-yə yaxınlaşan region ölkələrini enerji faktoruyla cəzalandırır.Satdığı qazın qiymətlərini qaldırır.

Soyuq Qərb

Rusiyanın Kalininqradda “İsgəndər M” və qitələrarası ballistik raket sistemlərini yerləşdirməsini təhdid kimi qəbul edən Baltikyanı dövlətlər NATO və ABŞ-dan kömək istəyirlər.Hələlik buna adelvat cavabın verilməməsi narahatığı artırır.Digər yandan Baltikyanı dövlətlərin NATO ölkələri ilə birbaşa sərhədlərinin olmaması da Rusiyanın işini xeyli dərəcədə asanlaşdırır.Rusiya bölgə dövlətlərini savaşa təhrik edir. Keçən il rus qırıcıları 100-dən çox Estoniya, Latviya və Litvanın hava məkanını pozub. Manevrlərə qarşı NATO və yerli siyasi rəhbərliklərdən Rusiyaya notalar verilməsinə baxmayaraq, Moskva geri addım atmır.

Putindən təhlükəli poker

Litvanın keçmiş prezidenti Vitautas Landsbergisə görə, Putin təhlükəli poker oynayır. O, hesab edir ki, Rusiyanın təhrikedici cəhdlərinə qarşı ABŞ və NATO-nun cavabı ağır olmalıdır. Lakin keçmiş prezident müttəfiqlərinin proseslərə səthi yanaşdıqlarını deyib.Litvalı politoloq Vladimiras Lauçius da NATO-nu etinasızlıqda ittiham edib.Politoloqa görə, qərbli müttəfiqləri və NATO region dövlətlərini Rusiya ilə təkbaşına qoyub. Lakin Rusiya bütün notalara baxmayaraq, keçən ilin son günlərində regionla sərhədlərinə 10 min canlı qüvvənin olduğu 3 hərbi birlik göndərdi.Litvalı siyasi ekspertlərQərbin Baltikyanı ölkələrə qarşı olan soyuq münasibətlərini başa düşmədiklərini bildirirlər.ekspertlər bu vəziyyətin Maydan olaylarının regionda təkrarlayacağını istisna etmirlər.

Mənsur
Cebhe.info

10:59