Dağa qaçırılan 13 yaşlı qızın qandonduran sözləri: “Onların da xoşbəxt olmasını istəyirəm”

Terror təşkilatı PKK –nın Türkiyənin Hakkari bölgəsindən qaçırdığı 13 yaşlı qız azad edildikdən sonra başına gələnləri danışıb. Azyaşlı qızın əsrlikdə yaşadıqları dəhşətə gətirib. K.Y adlı qız mağazaya gedərkən yoldan qaçırılıb və ağzı bağlanaraq silahla qorxudularaq aparılıb: “Ağzımı bağlayıb apardılar. Mənə qorxmamağı tapşırdılar. Yuxarıdakı kəndə getdik, daha bir nəfər gəldi, amma mən onu tanımırdım. Düşərgəyə apardılar, onlara dəfələrlə dedim ki, onları sevmirəm, evə getmək istəyirəm. Amma mənə qulaq asmadılar. Öz istəyimlə getsəydim, orda qalardım. PKK-da həyat yoxdur, boyat çörək yeyirlər, saxta hərəkətlər edirlər. Heç bir şey xoşuma gəlmədi”.  

3 ay boyunca yerin altındakı düşərgədə qalan azyaşlı qız daha sonra Kandilə aparılıb və ordan qaçıb: “Mənə hərbi geyim verdilər, məcbur etdilər ki, geyinim. Şəklimi çəkdilər, qorxumdan ağlayırdım.  Mənə deyirdilər ki, yemək bişirim. Onlar da əziyyət çəkirdilər, analarından ötrü darıxırdılar”.
Qızın sözlərinə görə, PKK üzvləri bəzən günlərlə ac qalır, 3-4 ay hamama getmirlər: “Bir gün onlar hamısı yatandan sonra qaçdım. Qaçan zaman heç qorxmadım. Düşərgədə ingilis dilində danışan insanlar vardı”.
PKK-çılara “təslim olun” çağırışı edən qız “Onların da xoşbəxt olmalarını istəyirəm. Bəlkə də bir il sonra öldürüləcəklər. Onlar da gəlib dövlətə təslim olsunlar, güvənsinlər”,- deyib.

Xəzər
Cebhe.info

 

13:09