D. Tramp və Ş. Abe Quzey Koreyə qarşı təzyiqi gücləndirmək barədə razılığa gəldilər

 

Tokioda ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşündən sonra birgə mətbuat konfransı keçirilib. Baş nazir Şinzo Abe bildirib ki, o və ABŞ Prezidenti Donald Tramp Quzey Korenin nüvə və raket proqramlarından imtina etməsi üçün bu ölkəyə qarşı təzyiqi artırmaq barədə razılığa gəliblər. Onlar Çinin bu məsələdə fəal rolunun zəruriliyi məsələsi barədə də razılıq əldə ediblər.

 

ABŞ Prezidentinin Asiya turnesini regionda artan gərginlik fonunda tarixi səfər adlandıran Ş.Abe vurğulayıb ki, liderlər iki ölkə arasında qırılmaz ittifaqın mövcud olduğunu bütün dünyaya nümayiş etdiriblər. Tərəflər Quzey Kore məsələsini hərtərəfli müzakirə edərək növbəti addımlar barədə də tam razılığa gəliblər. Ş.Abe qeyd edib ki, məsələ ilə bağlı bütün variantlar masa üzərindədir və o, D.Trampın mövqeyini tamamilə dəstəkləyir. Yaponiya və ABŞ-ın mövqeyi 100 faiz üst-üstə düşür. Bununla yanaşı, Ş.Abe bildirib ki, nə o, nə də Prezident D.Tramp problemi müharibə yolu ilə həll etmək niyyətində deyillər. Lakin buna baxmayaraq, Quzey Kore beynəlxalq qaydaları pozaraq təxribatçı hərəkətləri davam etdirir. Elə bir şərait yaradılmalıdır ki, Pxenyan siyasətini dəyişərək danışıqlar masası arxasında əyləşsin. Bu məqsədlə noyabrın 7-də Quzey Korenin 35 şirkətinin aktivlərinin dondurulduğu elan olunacaq və Yaponiyaya məxsus sanksiyaların tətbiqi davam etdiriləcək. Ş.Abe, həmçinin bəyan edib ki, Asiya-Sakit okean regionunda gərginliyin artdığı şəraitdə Yaponiya öz müdafiə qabiliyyətini həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksəltmək məcburiyyətindədir.

Xudaferin.eu

"Uzaq Doğu Bürosu

 

10:28