Corc Dik: Kəlbəcərdə Azərbaycan hökuməti tərəfindən görülən mükəmməl işlərin şahidi oldum
İki il öncə kimsə mənə Kəlbəcərdə çay içəcəyimi söyləsə idi, mən buna inanmazdım. Azərbaycan hökuməti tərəfindən görülən mükəmməl işlərin şahidi oldum. Qısa zaman ərzində enerji infrastrukturlarının inşa və bərpa edilməsi, Murovdağ silsiləsinin altından keçən tunelin tikinti işlərinin aparılması, ümumiyyətlə, buraya qoyulan investisiyalar Kəlbəcərin gözəlləşdirilməsi üçün görülən işlərdir.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri zamanı İsrailin ölkəmizdəki səfiri Corc Dik söyləyib.
Kəlbəcərin füsunkar təbiəti olduğunu bildirən diplomat bu regionda Azərbaycanla İsrailin bərpaolunan enerji sahəsində əməkdaşlıq edə biləcəyini vurğulayıb.
“Ölkələrimiz arasında, xüsusilə günəş və külək enerjisi sahələrində işlər görülə bilər. Regionda, həmçinin su ehtiyatları sahəsində də əməkdaşlığımızı davam etdirə bilərik. Ötən ay İsrail və Azərbaycan arasında bu regionda su ehtiyatlarının strateji planının hazırlanması ilə bağlı anlaşma imzalanıb. Kəlbəcər su ehtiyatları ilə zəngindir və düşünürəm ki, bu ərazilər ölkələrimiz arasında işlərin görülməsi üçün çox gözəl ərazilərdir", - deyə C.Dik qeyd edib.
O diqqətə çatdırıb ki, İsrail Azərbaycan ilə istənilən sahədə əməkdaşlıq etməyə hazırdır.

Xudaferin.eu
16:51
Digər xəbərlər