Fransanın Silly-Thillard şəhərində “Cəngi” etno-caz qrupunun iştirakı ilə etno-caz musiqisindən ibarət konsert proqramı təqdim edilib. Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyası və Xərçəngə qarşı Liqanın Uaz bürosunun təşkilatçılığı ilə keçirilən konsert xeyriyyə məqsədilə reallaşıb.
Silly-Thillard şəhərinin meri Jan Vertadye çıxış edərək konsertin təşkilatçılarına, xüsusən də, Azərbaycan Dostları Assosiasiyasına təşəkkür edib. Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel assosiasiyanın fəaliyyəti və həyata keçirilən layihələri haqqında məlumat verib. Ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu söyləyən natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirin əhəmiyyətindən danışan J.F.Mansel qeyd edib ki, bu kimi layihələr Azərbaycan musiqisini Fransada təbliğ etməklə yanaşı, azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını bir daha sübut edir. O, Azərbaycan musiqisini Avropada təbliğ etmək üçün etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib. Sonra Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan musiqisi və “Cəngi” etno-caz musiqi qrupu haqqında məlumat verib. M. Fətəliyeva muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 1992-ci ildə məşhur caz ifaçısı Rafiq Babayev tərəfindən əsası qoyulan “Cəngi” qrupu, 2002-ci ildən etibarən Əməkdar Artist Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Musiqi qrupu müxtəlif beynəlxalq festivallarda iştirak edərək milli sərvətimiz olan muğam və caz janrını sintez edərək onu yeni çalarlarla, özünəməxsus improvizasiyalarla musiqisevərlərə çatdırır.
“Cəngi” caz qrupu Fransada konsert verib

Xudaferin.eu
"Avropa Bürosu"
12:35
Digər xəbərlər