Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti, daimi yaşamaq icazəsi barədə qərara dəyişikliklər olunub

Nazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” 2014-cü il 7 fevral tarixli qərarına bir sıra dəyişikliklər edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Dəyişikliklərə əsasən, həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket” üzrə: 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılıb.

Qərara 13-1-ci hissə - miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi - sözləri əlavə olunub.

Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” üzrə: 2.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılıb.

Qərara 13-1-ci hissə - Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi (Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration) əlavə olunub. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə- anket” üzrə: 3.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri çıxarılıb. Qərara 13-1-ci hissə - Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi - əlavə olunub. 

12:52