Ali məktəbdə mənim çox əziz, həmişə ata kimi xatırladığım, geniş biliyə və yüksək mədəniyyətə malik müəllimim olub- rəhmətlik Cabir Səfərov.
O tək mənə müəllim olmayıb, həmdə dost olub.
Rəhmətlik hələ sovet vaxtı heç nədən çəkinmədən, erməni-rus birliklərinin Bakıda törətdikləri qırğından, 1937- ilin qanlı-qadalı illərindən danışardı. Onun bütün mühazirələri sanki yaddaşıma əbədi həkk olunub. Əsilli-nədilli Bakılı və özü dediyi kimi Xəzər Türkü olaraq canlı tarix idi rəhmətlik.
Cabir Müəllim deyırdi Bakının qədim İçərişəhər, Çəmbərəkənt, Dağlıtəpə, Badamdar, Paxlalıdərə, Həmşəripalan, Kömürçülər, Quba Şəbbeh Meydanı (xalq arasında kubinka) Püstəlidərə və digər yaşayış obaları mövcud olub.
Bunların arasında ən məşhur obalardan biri ŞƏMBƏRƏKƏND olub. Çəmbərəkənt Bakıda mart qırğınları vaxtı qadınlı-kişili əliyalln sona kimi erməni-rus dəstələrinə qarşı müqamət göstəriblər.
Bakıda Sovet hakimiyyəti qurularkən Çəmbərəkəntlilər bu rejimə qarşı nifrət edırək qəbul etməyiblər. Bakıda Çəmbərəkəntlilərə arvadlı kişili canavar camaat deyərmişlər. Sovetlər dönəmində Çəmbərəkənt bir oba kimi dağıdılıb, Çəmbərəkənt adını mətbuatda hallandırmaq belə qadağan edilib.
Gəlin Mustəqil Azərbaycan Respublikasında bir çox unudulmuş yaşayış obalarımızın adlarını bərpa edəyin, eləcə də Çəmbərəkənt adını.
Bakı rayonlarının birinə Çəmbərəkənt adı verməklə mart qırğınlarında qəhrəmancasına şəhid olan soydaşlarımızın və Cabir Səfərov kimi milli ruhlu pedoqoqlarımızın ruhları şad olardı.
Necədə gözəl səslənir- Bakının ÇƏMBƏRƏKƏNT rayonu...
ÇƏMBƏRƏKƏNT
10:13