Çinin xarici valyuta ehtiyatları sürətlə azalır

Diktatura rejimi sayəsində dünya siyasətinə güclü bir şəkildə təsir göstərən dövlətlərin son illərdə maddi resurslarının azalması müşahidə ediıməkdədir. Özəlliklə də Rusiya, Çin, Hindistan, İran və digər dövlətləri buna örnək göstərmək olar. Ötən ilin dekabrında Çinin xarici valyuta ehtiyatları 41,08 milyard, ümumilikdə 2016-cı ildə isə 319,84 milyard ABŞ dolları azalıb. Azalma prosesi ardıcıl olaraq 6 ay davam edərək xarici valyuta ehtiyatlarının 3,01 trilyon dollara düşməsinə səbəb olub. Ekspertlər bu rəqəmi psixoloji hədd kimi qəbul edirlər. Belə ki, son 6 ildə Çinin xarici valyuta ehtiyatları 3 trilyon dolların üzərində olub. Çin Xarici Valyuta Mübadiləsi üzrə Dövlət Administrasiyasının rəsmisi Van Çunin bildirib ki, valyuta ehtiyatları azalsa da, narahatlığa heç bir əsas yoxdur. Xarici valyuta ehtiyatları ölkənin iqtisadi və maliyyə təhlükəsizliyinin təminatına kifayət edəcək qədər çoxdur.

V.Çunin deyib ki, valyuta ehtiyatlarının həcmi üçün dəqiq standart olmasa da, adətən bu həcm ölkənin ən azı 3 aylıq idxalını və qısamüddətli xarici borcunu ödəməyə kifayət edəcək həddə olmalıdır. Hazırda Çinin 3 aylıq idxalı təxminən 400 milyard dollar, qısamüddətli xarici borcu isə 800-900 milyard dollar təşkil edir.

Xudaferin.eu

22:36