Çinin şimalında uçqun nəticəsində 9 nəfər həlak olub

Çinin şimalında Şansi əyalətinin Lişi rayonunda baş verən dağ uçqunu nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Xudaferin.eu xarici KİV-lərə istinadla xəbər verir ki, insident aprelin 30-da yerli vaxtla saat 5:00-da Szaolin qəsəbəsində qeydə alınıb.

Bir qədər əvvəl hadisə nəticəsində 3 nəfərin həlak olduğu, 6 nəfərin isə dağıntılar altında qaldığı barədə informasiya verilmişdi.

Hazırda yanğınsöndürən, xilasedici və tibb briqadaları, həmçinin yerli hakimiyyət nümayəndələri hadisə yerinə gəlib. Axtarış-xilasetmə işlərinin praktiki olaraq başa çatdığı bildirilir.

Xudaferin.eu

15:46