Çindən ABŞ-a hədə: "Sizin düşmənlərinizi silahlandıra bilərik"

ABŞ prezidenti seçilmiş Donald Trampın administrasiyası “vahid Çin” siyasətini gözləməsə və Tayvanla münasibətləri inkişaf etdirsə, Çin Birləşmiş Ştatların düşnmənlərinə silah satışına başlaya bilər.

Bu barədə Çinin ingilisdilli “The Global Times” qəzetində dərc edilmiş məqalədə deyilir: “Tramp sadəlövhcəsinə hesab edir ki, Çindən iqtisadi mənfəət əldə etmək üçün “vahid Çin” siyasətindən kozır kimi yararlana bilər. Vaşinqton Tayvana silah satsa, Pekinin onu öz tərəfdaşı saymağa heç bir əsası olmayacaq. Rəsmi Pekin Trampın fitnəkarlığına cavab olaraq ABŞ-a düşmən qüvvələrə dəstək və hətta silah təklif edə bilər”.
Adı çəkilən nəşr yazır ki, Tayvan hökuməti “Trampı öz radukal siyasətinin piyadası etdiyi üçün təəssüflənə bilər. Yeni seçilmiş prezident diplomatik təcrübə çatışmazlığından səhv buraxa bilər. O, başa düşmür ki, ABŞ-ı bu cür təhlükəli oyuna cəlb etmək necə qorxuludur”.
Qeyd edək ki, Çinlə ABŞ arasında “Soyuq Savaş” bitdikdən sonra iki dövlət arasında zamanla bir sıra gərginliklər ortaya çıxır. Son 30 ildə ABŞ-da güclənməkdə olan “çinli diaspor” özünün güclü maliyyə dayaqlarına görə daha çox Çinlə əlaqələrdə ABŞ-a arxa çevirmək taktikası ilə hərəkət edir. ABŞ-dakı “qaradərili”, “yapon”, “ərəb”, “yunan”, “irland”, “ispan”, “erməni”, “fransız”, “alman”, “ingilis” və digər etnik diaspor strukturkları bu dövlətin bir parçası hesab olunurlarsa, “çin diaspor” lobbiçiliyi daha çox Çinlə ilişik siyasətinə önəm verir. ABŞ “çinli diaspor”un vasitəsilə Çinin daxilinə nüfuz etmək kimi strateji hədəfləri məhz bu mənada iki dövləti daim üz-üzə qoyur.

Xudaferin.eu   

19:28