Çində antitürk siyasətinin gizli dəhşətləri

 

Uyğur türklərindən niyə kütləvi qan analizi götürülür...- Çindən qeyri-insani layihə!..

“Dini sahədə pozuntular” bəhanəsi ilə müsəlman uyğurlar xüsusi “islah” düşərgələrinə toplanır...

Çin tərəfindən 1949-cu ildən bu günə kimi işğal altında saxlanılan in Doğu Türküstan bölgəsində Uyğur Türkləri əhalisinin 99,7%-dən çoxu müxtəlif bəhanələrlə hökumət orqan bankına məcburi qan analizi verməyə vadar edilib. “Epoch Times” nəşrinin yazdığına görə, onkoloq Ənvər Todi Boğda bu yaxınlarda Tayvanda Çinin bioloji material qaçaqmalçılığı və orqan alveri ilə məşğul olmasını ifşa edən mühazirə oxuyub. Doktor Ənvər bəyan edib ki, Çin Kommunist Partiyası tərəfindən başladılan “universal dispanserizasiya”(əhalinin mütəmadi kompleks müayinədən keçirilməsi) çərçivəsində Uyğur Türkləri müayinə adı altında qan analizləri verib. Lakin əslində həmin testlərin nəticələri donor orqanlarının bazasının formalaşdırılması üçün lazım olub.

Uyğu onkoloqu öz mobl telefonu vasitəsilə insan orqanlarının və “xüsusi sərnişinləri”n daşınması üçün Sintszyan aeroportundakı xüsusi terminalın fotoşəkillərini nümayiş etdirib. Bu haqda “Business Standard” nəşri də məlumat verib.

Çində mövcud olan gizli tətbiqlərlə yaxşı tanış olan Doktor Ənvər qan analizlərinin yalnız uyğur türklərindən götürüldüyünü vurğulayıb. Bu analizlərin nəticələri əsasında gələcəkdə orqan donorlarının bazası yaradılması və xaricdəki imkanlı xəstələrin verilmiş tibbi parametrlərə uyğun orqan sifariş edə bilməsi planlaşdırılır. Həmin qeyri-insani “layihə”dəki yeganə aydın olmayan məsələ ö orqanlarının əməliyyat olunub götürülməsi üçün uyğurlardan necə razılıq alınacağıdır. Doktor Ənvər özü bu suala belə cavab verir. Onun fikrincə, Uyğur türklərinin, demək olar ki, 25%-i “dini sahədə pozuntular” bəhanəsi ilə xüsusi “islah-“reabilitasiya” düşərgələrinə göndərilib. Əslində həmin düşərgələrdəki Uyğur Türkləri potensial donor orqanları mənbələrinə çevrilir. Doktorun sözlərinə görə, uyğurlar bu düşərgələrdən elə-belə(!) qayıtmırlar...

Xudaferin.eu
“Doğu Türküstan Bürosu”

10:28