Çin səfərindən qayıdan prezident karantinə alındı

Monqolustan Prezidenti Haltmaagiyn Battulqa Çinə səfər etdikdən sonra karantinə alınıb.Prezident və onun ailə üzvləri, eləcə də Xarici işlər naziri Damdingiyn Tsoqtbaatar iki həftə müddətində müşahidə altında saxlanılacaq. Bütün bu müddət ərzində prezident və nazir Ulan-Batorun Bayanzurh rayonunda xəstəxanada olacaq. Qeyd edək ki, H.Battulqa Çin səfərindən fevralın 27-də qayıdıb. Səfər zamanı o, Çinə koronavirusla mübarizəyə dəstək qismində 30 min qoyun hədiyyə edib.

10:21