ABŞ-ın avtomobil istehsalçısı “Chrysler” Çin bazarından 148 min 141 avtomobili hava yastıqlarındakı və təhlükəsizlik kəmərlərindəki qüsurla əlaqədar geri çağırır.
Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatında bildirilir ki, həmin avtomobillərdə ehtimal olunan elektrik qısaqapanması hava yastıqlarının və təhlükəsizlik kəmərlərinin işini iflic edə bilər. Geri çağırılan avtomobillər 2009-2014-cü illərdə Çinə idxal edilmiş “Compass” və “Patriot” modelləridir. Avtomobillərin geri çağırılmasına noyabrın 13-dən başlanacaq və qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.
Qeyd edək ki, “Chrysler” şirkəti 1925-ci ildə “Maxwell Motor”un yenidən təşkil edilməsi əsasında ABŞ-da yaranıb. “Chrysler” “SRT”, “RAM”, “Dodge” və “Jeep” brendi altında avtomobil istehsal edən şirkətin səhmlərinə 2014-cü ildən İtaliyanın “Fiat” korporasiyası nəzarət edir.
“Chrysler” 148 min avtomobili geri çağırır

Xudaferin.eu
ABŞ, "Vaşinqton Bürosu"
10:27
Digər xəbərlər