Çexiyanın 6 ali məktəbi dünyanın 1000 ən yaxşı universitetinin reytinqinə daxil edilib

 

Çexiyanın 6 ali məktəbi dünyanın 1000 ən yaxşı universitetinin hər il tərtib edilən “News Best Global Universities Ranking” beynəlxalq reytinq siyahısına daxil edilib.

Çexiya ali məktəbləri arasında birinci yeri Karl Universiteti tutur. Dünyanın 1250 ali məktəbini əhatə edən tədqiqatın nəticəsində tərtib olunmuş reytinq siyahısında bu universitet 196-cı yeri tutur. Keçən il müvafiq araşdırma 750 ali məktəbi əhatə edirdi.

Çexiya universitetləri arasında ikinci yeri Praqadakı Çexiya Texniki Universiteti (ČVUT) tutur (ümumi reytinqdə 410-cu yer). Olomoutsdakı Palatski adına Universitet isə dünyanın ən yaxşı 1000 ali məktəbi arasında 479-cu yerdədir. Dünyada ən uğurlu və nüfuzlu 1000 ali məktəb siyahısına Çexiyanın 6 universiteti, o cümlədən Brnodakı Masarik adına Universitet, Çeşske-Budeyovitsadakı Cənubi Çexiya Universiteti, Brnodakı Texniki Universitet daxildir. ABŞ-dakı Harvard Universiteti dünyanın ən nüfuzlu universiteti hesab edilib.
 

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:11