Çexiyada yeniyetmələrin Avropa kubokunda komandamız tam heyətlə təmsil olunacaq

Aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa kubokunda yeniyetmə oğlanlardan ibarət milli komandamız tam heyətlə iştirak edəcək.

Xudaferin.eu xəbər verir ki, komandanın heyətində İsmayıl Qənbərli, Samir Piriyev, Nicat Ağazadə (50 kq), Nicat Məmmədli, Kamran Süleymanov, Şükran Zamanlı, Aydın Rzayev (55 kq), Turan Bayramov, Namiq Mirzəliyev, Əli Əkbərli, Dilavər Abışov (60 kq), Mətin Rzazadə, Nahid İsmayılov (66 kq), Elcan Hacıyev (73 kq), Adil Adizadə, Əlirza Şıxəlizadə (81 kq), Məhəmməd Əhmədov, Ruslan Nəsirli (+90 kq) mübarizə aparacaqlar.

Avropa kubokunda yeniyetmə oğlanların yarışında 33 ölkədən 490 cüdoçu qüvvəsini sınayacaq.

Xudaferin.eu

21:40