Ceff Seşns ABŞ-ın baş prokuroru təyin edildi

ABŞ Senatı Donald Trampın namizədliyini irəli sürdüyü Ceff Seşnsı ölkənin baş prokuroru təyin edib. 

Xudaferin.eu bu barədə BBC-yə istinadən xəbər verir.  

Seşnsın təyinatının lehinə 52 senator, əleyhinə isə 47 senator səs verib. 

Ceff Seşns – Alabama ştatından respublikaçı senatordur, onun baş prokuror vəzifəsinə namizədliyi Tramp tərəfindən irəli sürülmüşdü. 

Seşns senatın üzvüdür, palatada o iki - immiqrasiya və strateji qüvvələr üzrə alt komitəyə rəhbərlik edir. 

Xudaferin.eu

 

16:57